Şou-biznes

Xalq artisti: “Faiq Ağayev müğənni deyil”

14 Mart 2019 12:29
7 Şərh     Baxış: 2 675

Xalq artisti Flora Kərimova "Hüseynova bacıları" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, proqram zamanı "Qızıl onluq" adlı yeni rubrika tərtib edilib.

Bu zaman müğənnilər gələn qonaqlar tərəfindən sıralanıb. Sıralama edilərkən xalq artisti Faiq Ağayevin adı çəkilib. Onun adının çəkilməsi Kərimovanı özündən çıxarıb.

"Ayıb deyil Faiq Ağayevi müğənnilərin arasına salırsınız? Bizim aramızda münasibət ola bilməz. Çünki mən sənətkaram və sənətkarı nəfəsindən tanıyıram. Faiq Ağayevdən əlimi götürdüm, "xalq artisti" adından başqa heç nə qalmadı. O, müğənni deyil. Bunu hər zaman deyəcəm. Aparsın məni məhkəməyə versin. İki dəfə verib, üçüncü dəfə də versin", - Kərimova bildirib.

Qeyd edək ki, məşhurlar arasında küsülülük illər öncə baş verib. Faiq Ağayev müsahibəsi zamanı Floranın onunla küsməsinə İlhamə Quliyeva ilə olan münasibətini səbəb gətirmişdi.

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    səbinə · 14 Mart 12:4053

    deyəsən flora bekardır ilhamə yerini ona vəsiət edim gündə birinə ilişir bu o deməkdir ocalıb

    Cavab yaz
  • Anonim
    aea · 14 Mart 12:4695

    Faiq çox gözəl oxuyur və mədəniyyəti də yaxşı mənada göz qabağındadır... Ancaq Flora yaxşı müğənni olsa da, axır zamanlar çox adamın qarasına danışır....

    Cavab yaz
  • Anonim
    Elshan · 14 Mart 12:4763

    Flora da qocaldiqca ishi-gucu Ilhamelik elemek olur deyesen...

    Cavab yaz
  • Anonim
    ziyali · 14 Mart 12:4770

    Bes kimdir?

    Cavab yaz
  • Anonim
    Esmanur♡ · 14 Mart 13:1172

    Bununda ömrü mehkemelerde kecdi..

    Cavab yaz
  • Anonim
    utancaq · 14 Mart 13:5022

    İnsan yaşlandıqca ya adilləşər ya da idbarlaşır.Flora xanım təəssüf ki,yaşlandıqca müştəbehləşir.Hər şeyin bir vaxtı var,sizin bele getməyinizi heç istəməzdim,sovet dönəminin kumuri siz idiniz mənim üçün,təbii ki,səsinizə görə.Şübhəsiz ki,sənətkarsınız,ancaq bunu özünüz deməyiniz xudpənsdlikdir.Bir az təvəzökar olun,həm də böyüklüyünüzü göstərin.Belə başa düşdüm ki,sizin cəmiyyətə yaxşı tərəfinizin görsənməyinin səbəbkarı İlhame olub,necə deyərlər o vedma siz isə mələk.İndi toçnu onun yerini tutmusunuz.

    Cavab yaz
    • Anonim
      $$$. · 14 Mart 13:5923

      Neyləyib axı bu Faiq bəy Sizə?Yaşlı xanımsınız , özunuzə , yaşınıza hörmət edin .Özunuzu gözlərdən , urəklərdən silməyin. Ayıbdır !

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.