Şou-biznes

Kamil Zeynallı apellyasiya şikayəti verdi

14 Mart 2019 08:28
11 Şərh     Baxış: 2 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həbsdə olan idmançı Kamil Zeynallı barəsində Nərimanov rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

Milli.Az ONA.az-a istinadən xəbər verir ki, şikayətə martın 14-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Şikayətdə göstərilib ki, K. Zeynallı həbs olunmasından narazıdır və bəraət istəyir.

İttihama görə, K.Zeynallı telefonla danışarkən ucadan təhqiredici sözlər işlədib. Bu zaman ərazidə olan Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları onu saxlayıblar. K.Zeynallı İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.

Nərimanov Rayon Məhkəməsi ona 10 sutkalıq həbs verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.