Şou-biznes

Onların "Youtube" kanalı bağlandı

13 Mart 2019 16:44
0 Şərh     Baxış: 1 350

Bu günlərdə bir çox müğənninin "Youtube" səhifəsi bağlanıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, onlar arasında müğənnilər Nazənin, Damla, Rəvan Qarayev, Elnar Xəlilov, dijey Roşka və başqaları yer alıb. 

Bu haqda "Hər şey daxil" verilişində deyilib. Bildirilib ki, buna səbəb müğənni Damlanın "Youtube" kanalının bağlanması olub. 

Verilişə Damlanın prodüseri Şamil zəng edərək bu haqda danışıb. O bildirib ki, Damlanın "Youtube" səhifəsini işlədən Rafis Cəfərzadəni polisə şikayət edib:

"Parolu ondan götürmüşük, onun isə girişi var imiş, xəbərimiz olmayıb. Götürüb ora məktub yazıb ki, "Youtube" səhifəmizi bağlayın, yoxsa sizi Avropa məhkəməsinə şikayət edəcəyik. 8 məşhurun kanalı bir e-mailə birləşdirilmişsi. Buna görə də hamısının kanalı bağlandı. 

Hamısı Damlaya görə dağılıb. Hazırda polisə vermişik, araşdırma gedir. 15 gün ərzində nəticə bilinəcək".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.