Şou-biznes

Afət: "Tərbiyəmi, əxlaqımı qorudum, alınmadı"

13 Mart 2019 15:48
9 Şərh     Baxış: 3 778

Milli.Az xəbər verir ki, ifa etdiyi "Pencu şeş" mahnısına görə müzakirə olunan müğənni Afət Fərmanqızı lent.az-a müsahibə verib.

O, müsahibəsində öncə mahnısının tənqid olunmasından danışıb, daha sonra bir çox məqamlardan söz açıb.

"Mən tənqidlərə, sadəcə, gülürəm. Məni müzakirə edənlərə hələ tam cavab verə bilməmişəm. Onlara gülürəm. Oğluma görə hələ tam cavab verə bilmirəm. Ürəyimdə qalır sözlərim. Yoxsa nə cavablar verərəm. Bəs edər daha. Əcəb edib oxumuşam. Mahnı oxuyuram. Başqa nəsə pis iş görürəm? Ən çox dəstəyi Rusiyada yaşayan azərbaycanlılarımızdan gördüm. Məni tənqid edənlərin heç birinin sənəti mənim sənətimdən üstün deyil".

Afət şəxsi həyatından danışaraq bildirib ki, növbəti dəfə ailə qurmaq istəməz: "Sevmədən ailə qurdum, özüm boşandım. 16 yaşım var idi, ailə qurmaq üçün yaşım çatmırdı, həmin vaxt keçmiş həyat yoldaşım məni qaçırtdı. Məcbur olub, ailə qurdum. Amma bu evliliyi axıra qədər davam etdirmədim. 18 yaşımda da boşandıq. Boşanandan sonra keçmiş həyat yoldaşım ailə qurdu, indi uşaqları da var. Münasibətimiz də çox gözəldi. Evimə heç qohumlarım da gələ bilmir. Çünki evdə çox az oluram. Amma keçmiş baldızlarımla, qayınanamla bu yaxınlara qədər görüşürdüm. Keçmiş həyat yoldaşımın xanımı ilə də münasibətim çox yaxşıdır. Toyda rastlaşdıq, o, mənim, mən də onun balalarını öpdüm. Növbəti dəfə ana olmaq istəmərəm. Düşünürəm ki, 10 övladım olsa, Hüseynimdən yaxşı ola bilməyəcək".

Müğənni gələcəkdə övladlığa uşaq götürmək istədiyini də diqqətə çatdırıb: "Efirlərdə kimsəsiz, atılmış övladla bağlı mövzu olanda, istəyirəm ki, həmin uşağı götürüm özüm saxlayım. Hər müğənni bir uşaq götürüb saxlasa, gör nə qədər kömək olar. Əgər o uşağa təhsil, tərbiyə verəcəksənsə, bütün tələblərini yerinə yetirəcəksənsə, niyə də yox. Mən o gücü özümdə hiss edirəm. İstərdim ki, qız uşağını övladlığa götürüm. Suriyada kimsəsiz olan uşaqlaran birini götürmək istərdim. Öz millətimizdə pis yaşayan yoxdu. Ən kasıbında mənim telefonumdan var. Azərbaycanda olan maşınlar, dəbdəbəli evlər heç yerdə yoxdur. Sonra da bəziləri buna ağız büzür. Bizi toylara kim aparır? Xalqımız. Bu pulları da xalq bizə verir. Varlarıdır ki, verir. Sadəcə, narazılıq edənlər istəyirlər ki, 1 yox, 5 maşını olsun. O qədər gözəl qanunlarımız var. Get sən də işlə, qazan və al".

İfaçı bu gündən sonra onu müzakirə edən şou-biznes əhlinə qadağa qoyub: "Bu gündən sonra mənim "Pencu şeş" mahnımla bağlı hansısa sənət yoldaşım nəsə desə, bambaşqa şeylər edəcəm. Qaldırıb göyə, yerə çırpacam. Kimin ürəyi istəyir, buyursun. İşlərinə baxsınlar, daha bəsdir. Mənim səhvim bilirsiniz nədə oldu? Tərbiyəmi, əxlaqımı qorudum, alınmadı. Ola bilər ki, fəxri adım yoxdur, amma onlardan çox sevilirəm. Məsələn, məni toya istəyəndə fəxri adı olanları da təqdim edirəm, onları yox, məni istəyirlər".

Milli.Az

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Aysu · 13 Mart 16:02150

    Daha ne cavab vereceysenki o gun tesadufen senin inistiqramina girdim kiminse olusun soyursen hec qadina yarasan hereketdimi o sozlerini gorduyden sonra her kes menle hemfikir olarki seni hec o fexr etdiyin toylara da cagirmayacaqlar..

    Cavab yaz
    • Anonim
      @@@ · 13 Mart 16:1070

      Elədir Aysu xanım. Bir saxta profil də var. Tənqid edənləri bloka atıb ana, bacısına pis söyüşlər edir. Bu nə dərəbəylikdir?

      Cavab yaz
  • Anonim
    @@@ · 13 Mart 16:05120

    Çox təhlükəli qadındı. İnstaqramda bu Afəti tənqid edənlərə saxta bir profil ana bacı söyüşü edib, təhqir edir. O saxta profil kimdi hər halda öz adamıdır. Beləsindən hər cür pislik gələr. İndidə sənəd dostlarını hədələyir. Darıxma, özündən güclüsünə rast gələrsən bir gün.

    Cavab yaz
  • Anonim
    Hell · 13 Mart 16:22130

    sende gunah yoxdu. men seni qeti qinamiram. gunah bizim tupoy insanlarimizdi. bezileri. seni toyuna aparanlari deyirem. senin ne gunahin varki. gunah bizdedi.

    Cavab yaz
  • Anonim
    Seymur · 13 Mart 16:44100

    Yeqin ki özün de öz dediyive inanmarsan. Bir az tevazökar ol. Ele senetkarlar var ki. Oların apardıqları toyun qapıdınnan iceri kece bilmersen

    Cavab yaz
  • Anonim
    ƏMRAH ƏNRAH ALMALI · 13 Mart 16:58100

    Güman yoxsa gümansızda Gümanımız kimə məxsus Ömür sürsək imansız da İmanımız kimə məxsus İstəmir heç yar dövləti Üstələyir ar dövləti Eləsə bol var dövləti Umanımız kimə məxsus Qul Əmrahın gəlir səsi Brilyantdı hər kəlməsi Allah sevir yaxşı kəsi Yamanımız kimə məxsus 2019

    Cavab yaz
  • Anonim
    vetandas · 13 Mart 19:1010

    vallah gunahkar yene bizik.bellelerin kanallara cagirirlar.qiymetli vaxtimizi serf edib baxiriq.retknq qazanduriruq.toylara cagirib varlandiririq.sorada ozlerini bir sey zenn edib soyus soyurler.ne edek.bax zeynebide cxardiq basimiza.indi bir yivincaqda derdimizi bele demeye tenezzul etmir.hetta basqalarininda demesine razi deyil.Taniyaq artiq insanlari.

    Cavab yaz
    • Anonim
      ƏMRAH ƏNRAH ALMALI · 13 Mart 20:5910

      Mən bu şeiri başlamışam tamamlayıb addadıcam Bir qara fəhləyik ya bəy ya xanıq Sürürük ömürü qəlbimiz yanıq Bizə də rəhm edin bz də insanıq Bizi özünüzdən qorxuzun Allah

      Cavab yaz
  • Anonim
    canli mehitlern · 14 Mart 08:2910

    Neeeeeee terbiyeeeeee? Exlaqqqq?Dunyaninn sonuuuu

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.