Şou-biznes

“Getsinlər qızımın yanında yatsınlar” - Dəhşətli qəzada ölən müğənninin anası - VİDEO - FOTO

13 Mart 2019 15:03
9 Şərh     Baxış: 8 133

ARB TV-nin "Bu qədər" proqramında bu dəfə avtomobil qəzasında dünyasını dəyişən müğənni Mehriban Mustafayevanın həyatından danışılıb.

Milli.Az bildirir ki, anası və sənət yoldaşları onun haqqında xatirələrini bölüşüblər:

Sevda Mustafayeva - Anası: "Böyük qızımı musiqi məktəbinə aparmaq istədim, ətəyimdən yapışıb başladı ağlamağa ki, məni də apar. Dedim, yaşın azdı, səni götürməzlər. Əl çəkmədi, yox mən də istəyirəm, dedi. Atası onun ağlamağını eşidib dedi ki, aparırsansa, ikisini də apar, yoxsa heç birini aparma. Apardım, oxudu. Məktəbi əla qiymətlə bitirdi. Atası musiqiçi idi, ona bu istedad atasından keçmişdi. Mehriban konservatoriyaya daxil oldu, 4-cü kursu bitirməmiş atası rəhmətə getdi. O, qızının el şənliklərində oxuduğunu bilmədi. Atası rəhmətə gedəndə Mehriban çox sındı.

Özümü günahkar bilirəm gərək onu el şənliklərinə buraxmazdım. Həmin gün səhərdən özümü pis hiss edirdim. Gah ürəyim əsdi, gah üşütmə gəldi. Oğlum zəng vurdu, "ana, özünü ələ al, sənə zəng vurdum ki, kənardan eşitməyəsən, Mehriban dünyasını dəyişib" dedi. Onu ərtafı dəyişdi. Adlarını belə çəkmək istəmirəm. Onlara sözüm odur ki, getsinlər Mehribanın yanında yatsınlar.

Bəlkə onda ürəyim sakitləşər. Gəlinliyini cənazəsinin üzərinə qoydum. Dedim mən qızımı gəlin köçürürəm, amma ayaq üstə yox. Qızım mənim kəfənimi geyindi. Qəlbimdə yaşayır, mənə görə o ölməyib. Mehriban torpaqdan qalxıb gəlsə ancaq onda sakitləşərəm. Mehribanımı əlimdən aldılar, bunu onlara bağışlaya bilmirəm"

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Getsinlər qızımın yanında yatsınlar" - Dəhşətli qəzada ölən müğənninin anası

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    ❤️Ebru❤️ · 13 Mart 15:09100

    Allah rehmet elesin.Yaziq Ana(((Allah sebr versin size.

    Cavab yaz
  • Anonim
    AEA · 13 Mart 15:11104

    Alah rəhmət eləsin.. Ancaq başqalarını günahlandırmaq lazım deyil.. İnsan öz ağılı ilə hərəkət eləməlidir... Ətrafı pis idi, qoşulmayaydı onlara... İçki içib maşın idarə etməzdi..Kim onu məcbur etmişdi ki, içkili idarə etsin maşını???

    Cavab yaz
  • Anonim
    Harlnpasa · 13 Mart 15:1680

    Allah rehmet etsin yazlq ana

    Cavab yaz
  • Anonim
    $$$. · 13 Mart 15:21140

    Bir ananın fəryadı. Cox pis oldum. Gəlin bizlər də hec olmasa bu anaya xatir , ölənin arxasıyca nə gəldi yazmayaq. Ailə bu ölum şokunu yaşayıb sakitləşməmiş , bizlər hec olmasa hörmət edək, icib , icməyib özu bilər , Allahı bilər.Bizə duşəni deyək : Allah gunahlarını baqışlasın ! Allah rəhmət etsin !

    Cavab yaz
  • Anonim
    Semaxıdan · 13 Mart 15:3790

    can yazıq ana evlad dağı çox pisdir. ALLAH səbrini versin. Amma insan ətrafın pisinə tez uyur, yaxşısına isə çətin

    Cavab yaz
  • Anonim
    kate · 13 Mart 16:5023

    Allah səbr versin. Belə misalı xatırladım. Qızını döyməyən dizini döyər.

    Cavab yaz
    • Anonim
      ƏMRAH ƏNRAH ALMALI · 13 Mart 17:5750

      Allah rəhmət eləsin qəbri nurla dolsun anacan

      Cavab yaz
      • Anonim
        Harlnpasa · 13 Mart 18:2440

        Bu icib maslnl idare eden mugenni deyil ay millet bu basqa mugennidi

        Cavab yaz
  • Anonim
    Ella · 13 Mart 22:5530

    Allah rehmet elesin yeri cennet olsun qebri nurla dolsun

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.