Şou-biznes

Aparıcı İsraildəki bahalıqdan gileyləndi: “Bir salat və kofeyə 30 dollar verdik”

13 Mart 2019 12:28
0 Şərh     Baxış: 1 491

Aparıcı Hüsniyə Məhərrəmova "Eurovision 2019" mahnı müsabiqəsinin nümayəndə heyətinin rəhbərlərinin görüşü ilə bağlı İsrailə gedib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İnstaqram-da video paylaşan aparıcı Təl-Əvivdə hər şeyin baha olmasından şikayətlənib. Hüsniyə bildirib ki, kofe və salat üçün 30 dollarından keçməli olub:

"Bura o qədər yaxşıdır ki, isti hava, çimərlik, sörfinq sürən qəşəng oğlanlar- bir sözlə əladır. Bircə hər şey çox bahadır. Otelimizin yanında balaca gürcü restoranı var. Bir ədəd xəngəl 5, bir qədəh şərab 15 dollardır. Dünən isə isə bir salat və kofeyə 30 dollar verdik".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.