Şou-biznes

“Deyirdi, istəmirəm mənim balam yetim qalsın” - Elçin Həmidovun qeyri-adi ölümü - VİDEO - FOTO

11 Mart 2019 13:56
6 Şərh     Baxış: 4 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Bu qədər" proqramında bu dəfə 53 yaşında dünyasını dəyişən aktyor Elçin Həmidovun həyatından danışılıb.

Milli.Az bildirir ki, aktyorun dostları onunla bağlı xatirələrini bölüşüblər:

Nahidə Orucova - Dostu: "Dostluğumuz universitet illərindən başlayıb. Onun ölümü ilə mən çox şey itirdim. Dostumu, sirdaşımı itirdim. Mənim həyatımda Elçin çatmır. Özü valdeyinlərini, bacı-qardaşını erkən itirmişdi deyə evlənmək istəmirdi. Deyirdi, "istəmirəm mənim balam yetim qalsın, yoldaşım tək qalsın". Hər axşam görüşürdük, ölümündən bir gün əvvəlki axşam da birlikdə idik".

Dilarə Əliyeva - Dostu: "Deyir, komediya aktyorları ölümlərindən sonra da insanları güldürməyə davam edirlər. Onun yoxluğunun məni çox incitməsinə baxmayaraq nə zaman ki, onun adı çəkilir üzümdə təbəssüm yaranır. Düşünürəm ki, bundan sonra illər keçsə də İlhamə Quliyevanı onun kimi mükəmməl şəkildə parodiya edən olmayacaq. Məncə, Elçin xoşbəxt olmaqdansa xoşbəxt olmağı oynayırdı".

Coşqun Rəhimov - Dostu: "Çoxları aktyorlar üçün teatrı ikinci ev adlandırır, amma mən deyərdim ki, teatr Elçinin elə birinici evi idi. O, bizim konsertimizə gəlməyi çox arzulayırdı. Qismət olmadı. Müşfiq o yerləri heç kimə vermədi, yeri boş qaldı".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Deyirdi, istəmirəm mənim balam yetim qalsın" - Elçin Həmidovun qeyri-adi ölümü

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.