Şou-biznes

"Deyirlər, müğənni olacam deyə özümü reklam edirəm" - Hüseyn Dəryanın qızı

27 Fevral 2019 16:37
17 Şərh     Baxış: 5 362
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərhum reper Hüseyn Dəryanın qızı Aişə yenə "Bizimləsən" verilişinə çıxıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, qardaşı Cahangirin DNT analizini tələb edən Aişə fikrindən daşınmayacağını bildirib. O, ətrafdakı qınaqlara önəm vermədiyini söyləyib:

"Deyirlər bura özümü tanıtmağa gəlmişəm, müğənni, rəqqasəlik etmək istəyirəm. Hazırda burada mahnı oxusam, studiyada bir adam qalmaz, səsim yoxdur. Şairə, rəssam olacağımı desələr, hə. Modelyerliyim var, amma müğənniliyim yox. Hamı kiminsə ata və anası ola bilər. Bioloji olaraq təsdiqlənibmi? Yox... Heç kim mənim anamla atam və ya Sona ilə atam arasında olanları bilmir".

Aparıcı Zaur Baxşəliyev Aişəyə "Atalıq tesdi ata olmadan edilmir. Bacı-qardaş testi isə edilə bilər. Amma bəlkə çıxdı ki, Aişə Hüseyn Dəryanın qızı deyil" sözlərini işlədib. 

Reperin qızı isə "Özümdən əmin olmasam, bura gəlməzdim. Niyə neçə milyon insan qarşısında özümü biabır edim? Bibilərimlə də danışdım, DNT analizinə gedəcəm. Sona xanım zəng etdi ki, əmin deyiləm sən Hüseyn Dəryanın qızısan. Atam o vaxt elə bir söz işlədib. Mən analizə gedirəm ki, Hüseyn Dəryanın qızı olduğumu sübut edim" deyib. 

Aişə Zaurun "Təsdiqlənsə belə, Cahangir səni yaxınına buraxarmı" sualına qız "Bilirəm qardaşımdır, sadəcə, əmin olmaq istəyirəm. Həqiqətən, bacı-qardaşıqsa, məni bağışlayar. Bir yol tapıb özümü əfv etdirəcəm. Bura savaşa görə yox, qardaşımı qazanmağa gəlmişəm" cavabını verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.