Şou-biznes

"Ayrılmışıq" deyən Elnarla Ayselin toy dəvətnaməsi üzə çıxdı - FOTO

27 Fevral 2019 11:54
11 Şərh     Baxış: 4 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl müğənni Elnar Xəlilov nişanlısı, şairə Aysel Nəcəflidən ayrılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onlar bu haqda sosial şəbəkədə paylaşım edərək, bir-birilərini tənqid ediblər.

Əldə etdiyimiz məlumata görə, cütlük barışıb. Belə ki, onlar artıq 8 mart tarixində baş tutacaq toyları üçün dəvətnamələri də paylamağa başlayıblar.

Qeyd edək ki, onların hansı səbəblə ayrıldığı bilinməsə də, Aysel Nəcəfli yazdığı statuslarda Elnarla əsla barışmayacağını, bu dəftərin onun üçün qapandığını vurğulamışdı. Bildirirdi ki, nişanlısı onun sosial şəbəkələrdə söyülməsinə rəvac yaradıb.

"Üstümə "sevirəm"lərlə gəlmə, ömürlük bu kitabı bağladım" deyə, Aysel sosial media hesabında yazmışdı.

Onu da bildirək ki, cütlüyün ümumiyyətlə küsmədiyi, bunu şou üçün etdikləri də iddia olunub. Belə ki, Elnarın Ayselə evlilik təklifi də şoulaşdırılaraq, sosial şəbəkədə səs-küy yaratmışdı.

Ayrılıq xəbərini sosial mediada aləmə carc çəkən cütlük, nədənsə, barışdıqlarını gizli saxlayıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.