Şou-biznes

Məşhur türkiyəli reperin Bakı konserti ləğv olundu - FOTO

23 Fevral 2019 23:29
0 Şərh     Baxış: 1 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Çukur" serialında səsləndirilən "Heyecanı yok" adlı mahnının ifaçısı Anıl Acar (Gazapizm) bu gün Bakıda konsert proqramı ilə çıxış etməli olsa da, konsert baş tutmayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məşhurun konserti təxirə salınıb.

Gazapizm bu haqda özünün "Instagram" səhifəsində yazıb:

"Türk Hava Yolları"nda yaranan texniki nasazlıqla bağlı uçuşumuz ləğv olunduğuna görə, Bakı konsertinə gələ bilmirik. Ən qısa zamanda yeni bir tarix təyin edib, konsertə gələcəyik".

Qeyd edək ki, Anıl Acar 45-ci "Altın Kelebek" mükafatının təqdim edilməsi mərasimində "Ən yaxşı musiqi" nominasiyasında qalib olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.