Şou-biznes

Elza iştirakçını tənqid etdi: Cücə kimi dayanıb taksi gözləyir...

23 Fevral 2019 13:09
7 Şərh     Baxış: 2 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Elza Seyidcahan "Azərbaycanın səsi" yarşmasında etdiyi çıxışına görə sosial şəbəkədə tənqid edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni xalq artisti Nazpəri Dostəliyevanın tələbələrindən birinin ünvanına xoşagəlməz ifadə işlədib.

"Bu qızın ifasında səliqəsizlik var. Mağar toyunda da belə ifa edilmir, bir ssenari var. Bura səhnədir, efirdir, dərəbəylik deyil. Tənqidlərimlə onu püxtələşdirmək istəyirəm. Hətta bu yaxınlarda hava soyuq idi, yağış yağırdı, verilişdən gedəndə ATV-nin həyətində cücə kimi dayanıb marşrut gözləyirdi. Onu maşınıma otuzdurub apardım, kürəkənim taksi saxladı onu evinə yola saldıq. Ona qarşı kinim yoxdur. Onu dünya arenasına çıxarmağa söz verən bunun yanından maşını ilə vız edib keçir (N.Dostəliyevanı nəzərdə tutur - red.)".

Qeyd edək ki, Seyidcahanla Dostəliyeva arasında qalmaqal sözügedən müsabiqədə yazamnı başlayıb. Onlar hər dəfə efirdə bir-birinin ünvanına tənqidlər səsləndirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.