Şou-biznes

Hüseyn Dəryanın keçmiş xanımı gündəmi alt-üst etdi: 16 yaşlı Sona ailəmi dağıtdı... - VİDEO

23 Fevral 2019 17:24
26 Şərh     Baxış: 13 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, mərhum reper Hüseyn Dəryanın qızı Ayşə "Bizimləsən" proqramına çıxaraq, qardaşı Cahangir Dəryanın DNK analizi olmasını tələb edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ötən gün yayımlanan proqramda tərəflər arasında qalmaqal şiddətlənib. Reperin həyat yoldaşı Sona efirə bağlanaraq nikah haqqında şəhadətnamə və Cahangirin şəhadətnaməsini təqdim edib.

"Hüseyn Cahangir anadan olduğu gündən onu oğlu olaraq, məni isə həyat yoldaşı olaraq ictimaiyyətə təqdim edib. Orada əyləşən xanımı Hüseyn rəhmətə gedəndə görmüşəm. O, hansı haqla məndən DNK analizi istəyir? Mən 15 ildir eyni nömrəni işlədirəm, əgər belə bir şübhəsi var idisə, mənimlə əlaqə saxlayardı. Məhkəməyə vermək istəyir versin. Ayşənin nə mənim, nə də Cahangirin üstündə heç bir mənəvi haqqı yoxdur ki, DNK analizi istəsin. Hesabatını verəcəyim adam torpağın altdındadır. Ayşə birinci özü DNK etdirsin görək, həqiqətən o, Hüseyn Dəryanın qızıdırmı? O, uşaqdır və oraya öyrədilərək çıxarılıb. Hüseyn bir dəfə evli olub, o da mənimlə evlənib. Ayşə isə onun qeyri-qanuni münasibətdən dünyaya gələn övladıdır. Artıq vəkilimlə danışmışam, o, mənə açıqlama verməyə icazə vermir. Ayşə mənim namusuma, şəxsiyyətimə mənəvi ziyan vurur", - Sona bildirib.

Ayşə isə iddia edib ki, atası anası evli olarkən Sona ilə tanış olub. O zaman isə Hüseyn məcbur qalaraq Sona ilə evlənib.

"Atam sağ olanda deyirdim ki, məni qardaşımla tanış et. O isə mənə deyirdi ki, Cahangir sənin mənəvi qardaşındır. Mən isə bunu başa düşmürdüm. İndi isə tələb edirəm ki, Cahangirin qardaşım olduğu təsdiq olunsun. İnanıram ki, o, qardaşımdır. Onun böyük bacısı olmaq, ona dəstək olmaq istəyirəm".

Ayşənin anası, Hüseyn Dəryanın birinci arvadı da yayıma qoşularaq ayrılmağına səbəb kimi Sonanı göstərib:

"Sona bizim ailəmizi dağıtdı. Biz evli idik, Sona məktəbli qız idi, 17 yaşı var idi. Həmin yaşda evli biri ilə görüşmək nə deməkdir? Mən isə xəyanətə dözmədim və Hüseyndən ayrıldım. Heç bir qadın bunu qəbul etməz. Mənim rəsmi nikahım və kəbinim olub. El-adəti ilə gəlin getmişəm".

Qeyd edək ki, Hüseyn Dərya 2014-cü ildə vəfat edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Hüseyn Dəryanın ailəsinin DNK qalmaqalı bitmir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.