Şou-biznes

Damladan video ilə bağlı ilk açıqlama: "Oğlum da böyük uşaqdır, hər şeyi ona başa salmışam”

22 Fevral 2019 09:58
5 Şərh     Baxış: 7 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə müğənni Damlaya aid olduğu idida edilən intim video yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, günlərdir "Whatsapp" qruplarında yayılaraq geniş müzakirələrə çevrilən görüntülərdəki xanımın Damla olduğu deyilir. 

Mövzu ilə bağlı sənətçinin meneceri ictimaiyyətə açıqlama yayıb. O, sözügedən kadrların müğənniyə aid olmadığını bilirib:

"Hörmətli media nümayəndələri, nə mən, nə də Damla xanım Azərbaycandan köçüb. Zəng edib soruşmaq, aydınlaşdırmaq olardı. Bu videodakı Damla deyil. O qıza diqqətlə baxın. Videoda xanım xarici dildə nələrsə danışır. Damla heç vaxt elə kilolu olmayıb, dişlərinə diqqət edin. Damla xanımın dişləri burun əməliyyatından sonra, yəni  30.05.2018 - ci il tarixində vinir olub və o, əməliyyatdan öncə az kilolu olub. Amma qızın burnu və dişləri göz önündədir. Damla xanımın heç zaman saçları "kare" və qısa ölçülü olmayıb. Qulaq və üz forması, bədəni, görünüşü də göz önündədir. Xalqın sənətçisini, milyonların sevilən müğənnisini, Azərbaycan qadınını və ən başlıcası ana olan bir qadını belə şərəfsizcə əzməyə çalışmaq olmaz! Mübarizəniz varsa, kişi kimi aparın, şər-böhtanla yox".

Damla da qafqazinfo-ya açıqlama verərək videodakı xanımın o olmadığını qeyd edib:

"Mən nə edə bilərəm? Haqqımda yalan məlumatlar yayılıb. Bir, iki deyil, bu boyda telefonlardan, insanların əlindən həmin görüntüləri necə yığışdıra bilərəm? Mən deyiləm, burada nə günahım var? Başıma bu oyunu açanı Allaha həvalə edirəm. Oğlum da böyük uşaqdır, hər şeyi ona başa salmışam". 

Damlanın menecerinin yaydığı açıqlamadan sonra şou-biznes üzvləri də sənətçiyə dəstək olub.  Onlardan Natavan Həbibi, Elçin Cəfərov, Xatun Əliyeva, Emil Bədəlov, Türkan Vəlizadə, Vüsalə Əlizadə, Lamiyə Ələkbərova, Sevil - Sevinc Səfərova və başqaları sosial şəbəkədə ifaçıya dəstək olublar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.