Şou-biznes

Könül Xasıyeva: “Gülyanaq atasının 40-ı çıxmamış oxudu”

21 Fevral 2019 12:20
9 Şərh     Baxış: 4 412
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mətanət Əsədovanın ad günündə əlimə pul verilməsini tənqid edənlər adət-ənənələrimizdən xəbərsizdirlər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri kult.az-a xalq artisti Könül Xasıyeva Mətanət Əsədovanın ad günündə şabaş yığmasına görə onu tənqid edənlərə münasibət bildirərkən deyib.

Müğənni şabaş yığmağın təbii hal olduğunu bildirib:

"Başa düşmürəm, xanəndə oxuyanda nə verməlidirlər ki?! Pul verirlər də. Nə istəyirlər, qoy desinlər. Xanəndə oxuyanda şabaş verərlər".

Müğənni atasının 40 mərasimi çıxmamış ad günü məclisində oxumasına etiraz edənlərə isə belə cavab verib:

"Gülyanaq xanım atasının 40-ı çıxmamış mənim yubiley gecəmdə oxudu. Biz göbək açıb, rəqs etmədik ki! Muğamımızı oxuyub getdik. Bu, bizim işimizdir".

Qeyd edək ki, müğənni Mətanət Əsədovanın ad günündə oxuyan xalq artisti Könül Xasıyeva sosial şəbəkələrdə sərt tənqid olunur. Onun mərhum atasının 40 mərasimi keçməmiş oxuması və məclis iştirakçılarının verdiyi şabaşı qəbul etməsi birmənalı qarşılanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.