Şou-biznes

Zahidə Günəşin oğlunun atası kim imiş?

22 Fevral 2019 07:14
4 Şərh     Baxış: 7 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tarix Əliyevin (Tolik) aparıcısı olduğu "Hər şey daxil" verilişində Zahidə Günəşin oğlunun atasının adı açıqlanıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bir neçə gün öncə "5-də 5" verilişində oğluna atasının adını deməyə icazə verməyən sənətçi "Hər şey daxil"də bu barədə danışıb. Tarix Əliyev əməkdaşımızla söhbətində bildirib ki, sənətçi özü oğlunun doğum haqqında şəhadətnaməsini verilişə gətirib:

"Zaur Kamalın verilişində Zahidə Günəş qoymamışdı ki, oğlu atasının adını desin. Saytlar bu barədə yazandan sonra Zahidə Günəş çox pis olmuşdu. Bu gün efirdə dedi ki, bu söz-söhbətə son qoymaq üçün oğlumun doğum haqqında şəhadətnaməsini sizə gətirmişəm, amma adını deməyin. Mən həmin adı oxudum və dedim ki, uşağın atasının adı Röyaldır. Yəni, sənədi mən istəməmişəm, özü çantasında gətirmişdi".

Qeyd edək ki, bir neçə gün öncə "5-də 5" verilişində Z.Günəşin oğluna atasının adını çəkməyə icazə verməməsi tənqidlərə səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.