Şou-biznes

Azər Günaya cavab verdi: "Keçmişini unutmasın..." - VİDEO

20 Fevral 2019 12:05
4 Şərh     Baxış: 5 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə həftə öncə aparıcı Azər Zahidin "Instagram" hesabında müğənni Günay İbrahimli ilə paylaşdığı arxiv fotosu iki məşhuru düşmən edib.

Milli.Az bildirir ki, Günay İbrahimli bununla bağlı oxu.az-a açıqlamasında bildirib ki, Azərlə şəxsi tanışlığı belə yoxdur.

Günayın açıqlamalarından sonra Azər müsahibəsində Günay İbrahimli ilə yaşadığı qaranlıq hadisəyə aydınlıq gətirib. 

- Bir foto sizi müğənni Günay İbrahimli ilə düşmən etdi. Aranızda nələr baş verir?

- Mənim Günayın arxiv fotosunu paylaşmağımda heç bir pis niyyət və məkr yoxdur. Yayımladığım posta yazmışam ki, "Bizim şou-biznes inkişaf edir". Yəni artıq ulduzlarımız əlçatmazdır. Günaya və ya başqa bir müğənniyə zəng vurub, onunla əlaqə yaratmaq çətinləşib. Çünki onlar artıq ulduz həyatı yaşayırlar. Bu anlaşılmazdıqdan sonra G.İbrahimlinin köməkçisi ilə əlaqə saxlasam da, özü ilə danışa bilmədim.

- Sizi qıcıqlandıran nə oldu? 

- Günay deyib ki, telefonuma zəng gəldi və məndə o adda adamın nömrəsi yoxdur. "O" sözünü işlətməsi çox xətrimə dəydi. 20 ildir ki, mən - Azər Zahid, televiziyada çalışıram və "o" oldum. Belə çıxır ki, mənim adım yoxdur. Qeyd edim ki, gündə bir nömrə dəyişən Günayın məndə 3-4 nömrəsi var. Müğənnilər, eləcə də Günay İbrahimli başa düşməlidir ki, onlar nə qədər inkişaf edib, önə çıxsalar da, keçmişini unutmamalıdır.

- Əvvəllər Günay İbrahimli ilə münasibətiniz necə olub?

- İllər öncə zəng vurub mənimlə əlaqə yaradanda xoş idi, indi mən zəng vuranda dəstəyi qaldırmır. Nə Günayla, nə də digər müğənni ilə problemim var. Bu mövzunun bu qədər böyüməsini heç istəməzdim. Sadəcə, Günayın etik normaları pozub, qarşı tərəfi dinləmədən belə sərt şəkildə müsahibə verməsi şəxsən mənə xoş gəlmədi. 

Çox sağ olsun, o, məni tanımırsa, mən onu tanıyıram. İstəməzdim mənim bu müsahibəmə cavab gəlsin. Amma o cavab verəcək, çünki emosional insandır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azər Günaya cavab verdi: Keçmişini unutmasın

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.