Şou-biznes

Sevgilisi Mətanət Əsədovaya nə hədiyyə edib? - ÖZÜ AÇIQLADI

20 Fevral 2019 11:27
2 Şərh     Baxış: 3 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün öncə doğum gününü qeyd edən Mətanət Əsədova ona edilən hədiyyələrdən danışıb.

Milli.Az xəbər verir ki, müğənni "ölkə.az"ın əməkdaşı ilə söhbətində bildirib ki, bu doğum günündə həmkarları ilə yanaşı, sevgilisi də onu diqqətsiz qoymayıb:

"Doğum günümdə həm həmkarlarım, həm dostlarım, eyni zamanda sevdiyim insan tərəfindən qiymətli hədiyyələr aldım. Stilist Rəşad Əliyev mənə 111 ədəd gül və bahalı zinət əşyası hədiyyə etmişdi.  

Manaf Ağayev də doğum günümdə mənə qarşı unudulmaz jest etdi. Məclisimin əvvəlindən axırına qədər yanımda oldu, hətta qonaqlarımı da mənimlə birlikdə qarşıladı. Çünki biz çox yaxınıq. Bütün musiqiçi yoldaşlarımdan çox razıyam. Mən onlara necə olmuşamsa, onlar da elə davrandılar. İstərdim ki, xoş günlərdə görüşək, mehriban olaq".

M.Əsədova sevgilisinin etdiyi hədiyyənin nə olduğunu açıqlayıb:

"Həmin insanla evlənib-evlənməyəcəyimiz dəqiq deyil. Ümid edirəm ki, hər şey yaxşı olacaq. O da çox bahalı zinət əşyası hədiyyə etmişdi". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.