Şou-biznes

Mətanət söz atdı, Tolik özündən çıxdı - Bu dəfə onlar qalmaqal etdi

19 Fevral 2019 17:19
2 Şərh     Baxış: 2 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Mətanət Əsədova ilə prodüser Tarix Əliyev (Tolik) arasında qalmaqal yaşanıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Mətanət ad günündə küsülü olduğu Sərxasn Kərəmoğlu ilə barışarkən dediyi "Səni tanıyanda, bəziləri aparıcı deyildi" sözləri Toliki özündən çıxarıb. 

O, "Hər şey daxil" verilişində Əsədovanın ünvanına tənqidlər səsləndirib:

"Oğurluq etməmişəm, müğənni cibinə girməmişəm, evindəki söhbəti başqa yerdə danışmamışam. Sərxanı mən tanıyanda, Mətanət heç yox idi. Bu müharibə və oyunda Sərxan qalib gəldi. Çünki Sərxanla barışıq istənildi. 

Mətanətə deməmişəm dava edin. İstəmiyənin gözü kor olsun. Mənə söz atmaq ki, "Kimlərsə aparıcı deyil" demək, lazım deyildi. Könül Kərimovanın ad günündə sənə mikrofon gec veriləndə, mən çıxıb səni təqdim etdim. Çölə çıxıb Sərxana söz dedim. Mən icazə vermədim başqa efirlər kimi, sənə pis söz deyilsin".

Qeyd edək ki, məşhurların davasına səbəb M.Əsədovanın yayılan videosundan sonra Sərxanın verilişinə getməməsi olub. Mətanət onun ünvanına təhqirlər səsləndirib. S.Kərəmoğlu isə onu məhkəməyə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.