Şou-biznes

"Atama demişik ki, anam kəndə gedib" - Əməkdar artist dünyasını dəyişən anası haqda

19 Fevral 2019 17:09
5 Şərh     Baxış: 2 446
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Yusif Mustafayev 2 ay əvvəl dünyasını dəyişən anasından bəhs edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "5/5" verilişində deyib ki, anası özünə qulluq etmirmiş:

"İnsanın özünə Əzrail olmağını anamda gördüm. O, dünyadan köçməsinə özü vasitəçi oldu. Bilirdi ki, təzyiqi var. Gedirdi kəndə, 2 gün qalırdı. Gəlib 10 gün müalicə alırdı. Bilirdi ki, avtomobilə minmək, uzun yol getmək olmaz. 

Ana dünyasını dəyişəndə həyat alt-üst olur. Özümüz də çaşıb qalmışıq. Atam elə vəziyyətdədir ki... 85 yaşı var. Atam bütün günü deyir ki, haradadır? Atam diriykən dünyasını dəyişib, qabağında dura bilmirik. Ona demişik ki, anam kənddədir gələcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.