Şou-biznes

“Üzeyirlə məni ilk gündən çox təklədilər”

19 Fevral 2019 14:25
12 Şərh     Baxış: 3 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə tənqid olunan, bayağı ifaçı kimi təqdim edilən müğənni Damla ilə Üzeyir Mehdizadə Rusiyada bir araya gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Damla rəsmi İnstaqram səhifəsində məlumat verib.

O, Üzeyirlə fotosunu İnstaqram-da paylaşaraq hələ də tənqidlərə məruz qaldıqlarını bildirib:

"Bizi sənətə addım atdığımız gündən çox təklədilər. Hər kəs bizi müzakirə etməyə başladı. Çox yazdılar, pozdular. Amma biz susduq. İradlar, bəzən tənqidlər bizdən əl çəkmədi. Kimsəyə cavab qaytarmadan, heç kimi üzmədən, heç kimin qəlbinə toxunmadan başımızı aşağı salıb nəğmələrimizlə qəlbinizə yol tapmağı seçdik. Çoxdandır görüşmürdük".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.