Şou-biznes

Pərviz Bülbülədən meyxanaçı Vüqara canlı efirdə MARAQLI CAVAB

20 Fevral 2019 01:30
7 Şərh     Baxış: 4 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meyxanaçı-müğənni Pərviz Bülbülə qonağı olduğu "Hər şey daxil" verilişində maraqlı açıqlamalar verib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, P.Bülbülə yaxın zamanlarda həmkarı Rəşad Dağlı ilə layihə həyata keçirəcəyini bildirib:

"Bu yaxınlarda Rəşad Dağlı ilə bir layihə düşünürəm. Sırf meyxana janrında olacaq və bunun Türkanla repertuarıma aidiyyatı yoxdur. Mən meyxana da deyirəm, Türkan xanımla da oxuyuram. Sadəcə, meydana, dinləyiciyə və tələbata baxır. Meyxananı qırağa qoymamışam".

Meyxanaçı söz sənətini gözdən salan amillər barədə də danışıb:

"Böyüklük kimi çıxmasın, meyxanaçılara bir məsləhət vermək istəyirəm. Çox meyxanaçının bir arada meyxana deməyi meyxananı gözdən salır. Maksimumu dörd nəfər bir arada deyişməlidir. Bu yaxınlarda bir meyxanaçı dostumuz zəng vurdu ki, məclis var, gəl. Soruşdum ki, neçə nəfərsiz, dedi, doqquz. Dedim, onda mən gəlmirəm. 18-19 yaşımda meydana təzə çıxanda Məşədi Baba kimi ustad mənə şərait yaradırdı ki, onunla deyişim. Mən də paxıl deyiləm. Müğənni həmkara dəstək oluramsa, meyxana deyənə beş qat dəstək olaram. Bu gün elə meyxana deyən görmürəm ki, ona dəstək olum. Yaxşı meyxana deyənlər var. Amma tək meyxana ilə iş bitmir. Sənətkar dəyişdiyi kimi tamaşaçı zövqü də dəyişir. Biz öz özümüzə dəyişmirik ki".

Pərviz Bülbülə meyxanaçı Vüqar Maştağalının onun tənqid etməsinə də ad çəkmədən münasibət bildirib:

"Hansısa el şənliyində çıxışımı başa vurandan sonra mikrofonu məni tənqid edən adama uzadıram. Deyirəm ki, mən getdim, sən davam et. O mikrofonu həmin adama uzadıb getmək cavabdır.  Bu gün Pərvizi, yaxud başqa müğənnini bəyənməyən şəxs, bizi toya çağıran müştərini bəyənmir. Bir toyda sən də varsansa, mən də varamsa, ha məni bəyənmə, xeyri yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.