Şou-biznes

“Mənə yazan kişilərin 70 faizi evlidir”

18 Fevral 2019 19:09
0 Şərh     Baxış: 2 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli aparıcı Seda Akgül "Kanal D"də yayımlanan "İkinci sayfa" proqramının qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 47 yaşlı aparıcı etdiyi açıqlamalarla diqqət mərkəzində olub.

"İndiyədək heç kim mənə nişan üzüyü taxmayıb. Nişanlananda da üzüyümü özüm almışdım. Başqalarının yanında alçalmasın deyə, "nişanlım alıb" deyirdim. O da bu prosesdən heç narahat deyildi. Özün ala bilsən də, bir kişinin sənə üzük alması daha məqsədəuyğundur və xoşdur. Hazırda mənə sosial mediadan yüzlərlə idmançı yazır. Deyirlər ki, gedək kofe içək? Onların 70 faizi isə evli kişilərdir" deyə, Serda bildirib.

Qeyd edək ki, Seda Akgül sonuncu dəfə "Kanal D"də yayımlanan "Kısmetse olur" proqramında aparıcı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.