Şou-biznes

“Evlənəcəyim qızı yoxlamaq üçün anamı pisləmişəm” - Elnar Xəlilov - VİDEO - FOTO

18 Fevral 2019 12:18
17 Şərh     Baxış: 5 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Kim var, kim yox" verilişinin növbəti qonağı müğənni Elnar Xəlilov olub.

Milli.Az bildirir ki, müğənni ilk dəfə efirdə maraqlı açıqlama edib: 

"Mən bunu heç yerdə danışmamışam. Təbii ki, gözünü yumub ailə həyatı qurmaq olmur. Ailə həyatına gedən yolda kişi tərəfindən qadına yoxlamalar da olur, "proqon"lar da. Mən deyərdim ki, bir kişinin anası pislənilirsə, günah kişidədir. Niyə? Çünki özü o şəraiti yaradır. Bu proses necə olur? Mən həyat təcrübəmdən götürürəm. Nəticə olaraq ana da insandır və o da hansısa bir yerdə emosiyalarına qapılıb nəyisə doğru demiyə bilər. Anasının doğru demədiyi sözü həyat yoldaşı ilə "Anama bax, gör nə etdi? Bütün əsəbimlə oynadı" deyən kişiyə o qadın iki gün sonra deyəcək ki, anan bütün günü məni bezdirir.

İkinci günü o sözü deməyi mütləqdir, çünki sən arıq o şəraiti yaratdın. Öz ananın qeybətini qadınınla etdin. Mən açıq deyirəm, bilirəm ki, həmin xanım da eşidir, yoxlamaq üçün demişəm ki, "Anam məni çox incidir". Amma o başlamaq istiyəndə artıq "dur" demişəm. Mən bunu səni yoxlamaq üçün dedim və bir də eşitməyim demişəm. O, artıq bilir ki, mənim dəyərlim kimdir. Mənim dəyərlim olmağa çalışır. Çünki bilir ki, mən dəyərlilərimi necə qoruyuram. Onun hədəfi də mənim dəyərlim olmaq olur. Artıq dəyərlimdir ki, martın 8-i toyumdur, İnşallah".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Evlənəcəyimi qızı yoxlamaq üçün anamı pisləmişəm" - Elnar Xəlilov

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.