Şou-biznes

Əks cins olsaydınız, hansı məşhur olmaq istəyərdiniz? - Yerli məşhurlardan maraqlı cavablar - FOTO

18 Fevral 2019 12:46
0 Şərh     Baxış: 2 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerli məşhurlar arasında sorğu keçirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onlar "əks cinsdən biri olsaydınız, hansı məşhur olmaq istəyərdiniz" sualına cavab veriblər.

Nigar Camal:

"Heç vaxt bu barədə düşünməmişəm. Ən sevdiyim məşhurlar Al Paçino və Robert De Nirodur. Onlardan biri olmaq istəyərdim".

Samir Bayramlı:

"Azərbaycanlılardan nəzərdə tutursunuzsa, heç biri olmaq istəməzdim. Əgər xaricilərdən söhbət gedirsə, Viktoria Bekham olmaq istəyərdim".

Sevil və Sevinc Səfərovalar:

"Denzel Vaşinqton olmaq istəyərdim. Çünki insanlıq baxımından çox mükəmməldir. Biz onu izləyirik. İş baxımından da hər şeydə birincidir".

Elvin Abdullayev:

"Ledi Qaqa olmaq istəyərdim. Çünki "qaqa"lar qrupuna daxildir" (gülür).

Dilarə Kazımova:

"Əgər qarşı cinsdən biri olsaydım... Bu, sözsüz ki, Bred Pitt olardı".

Eldar Qasımov:

"O qədər çox qadın məşhur var ki, nəinki ona bənzəmək istəyirsən, hətta onun bir gününü yaşamaq istəyirsən. Əgər qadın məşhur olsaydım, yəqin ki, Pink olardım".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.