Şou-biznes

Türkiyəni heyran qoyan Elnur niyə “kölgəyə çəkilib”? - MÜSAHİBƏ

15 Fevral 2019 19:59
6 Şərh     Baxış: 2 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, "Avroviziya" təmsilçilərimizdən olan, "O səs Türkiyə"nin qalibi, müğənni Elnur Hüseynov Oxu.az-a müsahibə verib. 

- Elnur, Türkiyə şou-biznesinə qatılmaq niyyətiniz var?

- Mən heç bir ölkənin şou-biznesinə qatılmaq istəmirəm. Bunun da özəl səbəbləri var. Çünki menecerlə sözləşmədən sonra bir qərara gəldik. Bundan sonra öz şəxsi "Instagram" və "Youtube" hesabımda paylaşımlar etməliyəm. Belə şeyləri çox sevmirəm. Amma izləyicilərim üçün, insanlara daha yaxın olmağım üçün bu vacib bir məsələdir. Ona görə bu yeni sistemlə günümə başlayıram. 

- Mayda İsrailin Təl-Əviv şəhərində "Avroviziya-2019" beynəlxalq mahnı yarışmasında Azərbaycandan kimi təmsilçi olaraq görmək istəyirsiniz?

- İstedadlı müğənni Çingiz Mustafayevin təmsil etməsini istəyirəm. Ümid edirəm ki, o, milli seçimlərimizdə qalib gəlib, layiqincə çıxış edəcək. 

- Fikrinizcə, "Avroviziya-2019"a seçiləcək mahnımız lirik, yoxsa dinamik olmalıdır?

- Bu suala tam cavab verə bilmərəm. Sadəcə vurğulamaq istəyirəm ki, kim bizi təmsil edəcəksə, onun tərzinə yaxın bir bəstə olmalıdır. 

- Uzun müddətdir, Türkiyədəsiniz, orada bu vaxt ərzində hansı işlər görmüsünüz?

- Türkiyədə işlər çox gözəl gedir. Gözəl layihələrim var. Yeni sözləşməyə imza atdım. Sizə özəl olaraq bildirim ki, Türkiyədə fəaliyyət göstərən "SONY" şirkəti ilə çalışıram. Çox ağıllı bir menecerim var.

"Dreamer" adlı yeni mahnı və ona çəkilmiş klipi təqdim etdim. Daha bir "cover" üzərində işlər gedir. O "cover"i mən məşhur musiqiçi İsfar Sarabski ilə ərsəyə gətirdim. Çox tanınmış bir mahnıdır. İndi mahnının hüquqları alınır.

Qeyd edim ki, sözügedən bəstəyə Azərbaycanın tanınmış rəssamı Samir Salahov animasiya şəklində videoçarx çəkəcək. Bununla yanaşı, daha bir neçə yeni mahnılar yazdırmışam. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.