Şou-biznes

"Afətə verilən maşının salonu da Nəsiminin dərisindəndir"

15 Fevral 2019 11:00
48 Şərh     Baxış: 13 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meyxanaçı Ələkbər Yasamallı müğənni Afət Fərmanqızı ilə bağlı qalmaqallı açıqlama verib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Hər şey daxil" verilişinə qonaq olan ifaçı Afətin Nəsiminin "Sığmazam" qəzəlinə mahnı oxumasını ələ salıb. 

"Nəsiminin dərisini soydular nəsə verən olmadı. Afət oxudu 240 minlik maşın verdilər. O maşının salonu da Nəsiminin dərisindəndir", - Ələkbər bildirib.

Proqramın aparıcısı Tarix Əliyev (Tolik) isə "Afətə maşın almayıblar. Gedib avtomobilə baxıb, pulu çatmayıb almağa. Dostu onun çatmayan məbləğini ödəyib. Heç bir qeyrətli Azərbaycan oğlu, xanımı bu mahnıya görə maşın verməz" deyərək, ifaçını müdafiə edib. 

Afət isə bu haqda sosial şəbəkədə paylaşım edib. O, pulun ona mahnıya görə verildiyini qeyd edib:

"Maşının çatmayan pulunu mahnıya görə mənə veriblər, əzizim Tolik. Şabaş kimi... Düşmənlərimin acığına verdilər. Maşın hamını gic edib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.