Şou-biznes

Dəniz Səki Səidə Dadaşovanı prokurorluğa verdi - “Hüquqlarıma təcavüz edib”

13 Fevral 2019 19:26
6 Şərh     Baxış: 1 660

Türk müğənni Dəniz Səki "İki bilet" adlı mahnısını ondan icazəsiz oxuyan Səidə Dadaşovadan prokurorluğa şikayət edib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Dəniz şikayət ərizəsində Səidənin onun mahnısını icazəsiz oxuduğu üçün mənəvi hüquqlarına təcavüz etdiyini bildirib.

İstanbulun "Fikri Sinai Soruşturma Bürosu"nda cinayət işi qaldırılıb. Məlum olub ki, Səidə Dadaşova mahnını Azərbaycan televiziyasının efirində oxurub.

Amma prokurorluq Səkinin məhkəməyə müraciət etməli olduğunu və Dadaşovanın bu hərəkətinin cinayət tərkibli olmadığını bildirib. Cinayət işi bağlanıb.

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Seva · 13 Fevral 19:5141

    Sen gel Seidenin ayagini yu ki senin mahnilarini oxuyur.

    Cavab yaz
  • Anonim
    Əsranur · 13 Fevral 19:5271

    Belə təcavüz növü də varimiş:))))

    Cavab yaz
    • Anonim
      asi · 13 Fevral 22:0801

      Evdə-eşikdə çox oxuma, uzaq olsun, məhkəməlik olarsan, Sevili də özünə yoldaş edərsən))).. Əsən yellər, çoşan sellər filan oxuyanda pəncərəni bağlayın, səs ətrafa yayılmasın, eşidən olmasın))).. Məndəki səs yazılıranı amma ehtiyat üçün saxlayacam..Gələcəkdə maddi sübut kimi lazım olar birdən)))..

      Cavab yaz
      • Anonim
        Əsranur · 13 Fevral 22:3300

        :)))))))))))))))))))))Lap dəlil,fakt vermişəmeee əlinə:))))))

        Cavab yaz
  • Anonim
    asi · 13 Fevral 20:5511

    Onda gərək bizə olunan bu yeni növ təcavüzə görə bizim şou biznesi ölüm hökmü ilə cəzalandıralar)).. Səhər, günorta, axşam hər yerdə, hər sahədə millət təcavüzdədi, bu da gör nəyi təcavüz bilib şikayət edir..

    Cavab yaz
  • Anonim
    seva · 14 Fevral 11:4000

    Dunen bir az kobud komentari yazmisam. Fikrimi daha medeni ifade etmeli idim. Uzr isteyirem.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.