Şou-biznes

Flora Kərimovadan xalq artisti ilə sevgili olması xəbərinə reaksiya: “Ayıbdır”

13 Fevral 2019 14:54
3 Şərh     Baxış: 4 324
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərhum xalq artisti Həsənağa Turabovun xalq artisti Flora Kərimova ilə sevgili olması ilə bağlı iddialar səslənib.

Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Əli Nurun bu iddiası qarşı tərəfin narazılığına səbəb olub.

Milli.Az bildirir ki, yenicag.az-a açıqlama verən xalq artisti sənətkarların adını xırdalamamağa çağırıb:

"Əli Nur adlı bir aktyor tanımıram. Amma kimdirsə, Allah canını sağ eləsin, ruzisi bol olsun. Qaldı ki, Həsən Turabovla bağlı sözlərə, sənətkarlarla bağlı danışanda ehtiyatlı olun. Nə mənim, nə də Həsən Turabovun adını belə xırdalamayın. Ayıbdır".

Qeyd edək ki, Əli Nur bu iddianı ölkə.az saytına açıqlamasında səsləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.