Şou-biznes

Səidə prokurorluğa şikayət olunması barədə: Başa düşmürəm ki, nə məsələdir...

13 Fevral 2019 13:29
6 Şərh     Baxış: 2 378

Müğənni Səidə Dadaşova türkiyəli ifaçı Deniz Sekinin onu mahnıya görə prokurorluğa şikayət etməsi ilə bağlı açıqlama verib.

Milli.Az bildirir ki, axşam.az-a danışan ifaçı məsələdən xəbərdar olmadığını söyləyib.

"Qardaş ölkədir prokurorluğa veriblər, canları sağ olsun. Bu haqda heç bir xəbərdarlıq almamışam. İlk dəfə sizin saytdan məlumatı oxudum. Türklər bizim nə qədər mahnımızı oxuyublar, biz heç nə demirik.

Hətta Brilliant Dadaşovanın da neçə mahnısını icazəsiz səsləndiriblər. Bəstəni mənimsəyib, mənimdir deməmişəm ki? Mahnının Deniz Sekiyə aid olduğunu vurğulamışam. Başa düşmürəm ki, nə məsələdir" deyə, Səidə bildirib.

Qeyd edək ki, Deniz Seki İstanbul Prokurorluğuna müraciət edərək Səidə Dadaşovanın ona məxsus "Hayat iki bilet" mahnısını icazəsiz oxuduğunu söyləyib. Prokurorluq isə işə xitam verərək, Dənizin iddiasını mənasız hesab edib.

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    $$$. · 13 Fevral 13:34120

    Mahnılar oxumaq ucun yazılır. Kimliyindən asılı olmayaraq , bəstəkarın adı , soyadı verilirsə , mahnının oxunmasına niyə ehtiraz edilir ? Yaddaşlarda qalmaq ucun mahnılar oxunmalıdır.

    Cavab yaz
    • Anonim
      Alsu · 13 Fevral 13:53131

      Ne oldu ozler hemiwe bizim mahnilari oxuyub, sonra deyirler anonimdir.

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 13 Fevral 14:05211

    Niye basa dusmursen ki, oxumusan muellifin adin qeyd etdəəə.. Basa dusulmeyecek ne var ki , İgidi öldür amma haqqin yemə deyibler İndi kimlerse ele edir deyənə sən dəəə etmelisennn

    Cavab yaz
  • Anonim
    $$$. · 13 Fevral 14:1790

    Esra məqalədə Səidənin mahnının sözlərinin muəllifinin adı soyadını qeyd etdiyi vurqulanıb. Turklər bizim mahnıların əksəriyyətini anonom adı altında ifa edir.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 13 Fevral 14:2838

      Qadaqan edibse oxumasin vacibdiii Umumen yazdim orda yazilib icazesiz oxuyub da Rehmetlik İlhame xanim da icaze vermirdi oxumaqa haqlari var kim isteyirse qoymur xosu gelmir Getsin bestekara yazdirsan oxusunda oyrenibler hazire nazir

      Cavab yaz
  • Anonim
    Tam Maxfi · 13 Fevral 14:2360

    Oxumaq olar.Mahni oxumaq ucun yazilir.Ancaq gerek kimin mahnisidi onu qeyd edesen.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.