Şou-biznes

"Moşu" "Bəxt üzüyü 2" filmindən aldığı QONORARI AÇIQLADI

13 Fevral 2019 22:05
8 Şərh     Baxış: 4 816

"İş-güc qurtarıb e. Filmdir, dəvət etdilər, çəkildik, qurtardı getdi. Hansı filmin daha güclü olduğunu deyə bilmərəm. Belə müqayisə düzgün deyil e. Birinci filmin ssenarisini Vaqif Səmədoğlu yazıb, ikincisini isə Tahir İmanov və komandası. Hərənin öz fikri, ideyası var. Gərək ayrı ad qoyaydılar? Burada mövzu da başqadır, oyun tərzi də ayrıdır. Əgər birinci və ikinci seriya söhbəti olsaydı, tənqidlər haqlıydı".

Milli.Az bildirir ki, bu fikirləri "ölkə.az"a açıqlamasında xalq artisti Valeh Kərimov "Bəxt üzüyü 2" filminə çəkilməsi ilə bağlı edilən tənqidlərə cavab verərkən səsləndirib. Xalq artisti deyib: 

"Fİlmi sevdiklərindən belə ediblər. Müğənnilərə min cür parodiya edirlər. O parodiyaları da sevdiklərindən edirlər də. İstəyiblər ki, o adla yeni fikir desinlər. Dünya ədəbiyyatında, dramaturgiyasında, kino sənətində belə şeylər çoxdur. Bizə çatanda başlayırlar ki, o belə idi, bu belə idi. Axı niyə müqayisə edirik ki?"

V.Kərimov filmdən aldığı qonorarın təxmini məbləğini də açıqlayıb:
"Hərə bir söz uydurur. Deyirlər ki, iyirmi min qonorar almışam. Hardandı onlarda o qədər pul ki, mənə də iyirmi min versinlər? Heç o pulun onda birini də almamışam. Aldığım qonorar min manatdan bir az artıq idi. Heç birinci filmdə aldığım qonorar yadımda deyil. özüm də "Bəxt üzüyü"nə cəmi üç dəfə baxmışam. Pul qalmır e, filmin keyfiyyəti qalır. Bu filmə də kinoteatrda cəmi bir dəfə baxmışam".

Qeyd edək ki, Afaq Bəşirqızı (Söylü) və Valeh Kərimovun (Moşu) baş rollarını oynadığı "Bəxt üzüyü" filmi 1991-ci ildə Ramiz Əzizbəyli tərəfindən Vaqif Səmədoğlu və Orxan Fikrətoğlunun ssenarisi əsasında çəkilib. "Bəxt üzüyü 2" filmi isə 2018-ci ildə lentə alınıb. 

Milli.Az

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 13 Fevral 23:09710

    Yeqin 1300-1400 olub 1000 manatdan bir az yuxari texmini bu qederdi amma yene de azdiii Turk seriallarinda en adi konuk oyunculara hec o qederr vermirler coxxxxx mebleq oduyurler.Ne kinomuz, ne futbolumuz hecccc ne taraz deyilll

    Cavab yaz
    • Anonim
      Romka · 14 Fevral 05:0992

      Cin sen get yatda her movzuya bildin bilmedin fikir bildirib izleyicilerin esebini korlama. Burda nifret qazanmisan. Hec olmasa adivi deyish

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 14 Fevral 10:3124

        Romka yox Çömçə nifreti sen qazanirsan Çömçə olmaqunla meni burada hammi coxxx isteyir yandirir heeeee alovlannn külündəəə bit bire olacaq ilani yandirirlar külü bit bire olur baxxx o senseeennn

        Cavab yaz
  • Anonim
    *(*(*)*)* · 13 Fevral 23:21100

    Yaşa şair. Ən sevdiyim aktyor. Allah sizi qorusun. Heyf deyil köhnə aktyorlarımız. Bəxt üzüyü filmini çox sevirəm. Orada bir sözə həmişə gülürəm "Qoymuyın əyə a millət qoymuyun ayə qorxudan ürəyim getdi üstümə irasim gəler ayə" :))))))))))))

    Cavab yaz
  • Anonim
    Şərhçi.. · 13 Fevral 23:5540

    Allah ölən aktyorlarımıza Rəhmət eləsin. Film haqqında ...... 0

    Cavab yaz
  • Anonim
    Anar · 14 Fevral 09:0712

    Kinoya baxdım. Heç bəyənmədim. Təbii ki bu mənim şəxsi fikrimdi. Maraqlı deyildi və çox şit, duzsuz kino idi. Bu qədər

    Cavab yaz
  • Anonim
    Bahar · 14 Fevral 10:2511

    Çox maraqsız film idi.

    Cavab yaz
  • Anonim
    Belə-belə işlər · 14 Fevral 20:5900

    Filimdəki rola görə "Moşu" qaqaşın az ya çox qanarar aldıgı barədə bir fikir bildirə bilmərəm. Onu bilirəmki, filmin çəkildiyi 90 cı illərin əvvəllərində 3 otaqli Leninqrad layihəli mənzilin qiyməti 4000-4500 USD idi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.