Şou-biznes

"Maşın" şouda dalaşan Oqtayla Sərxan barışdı

11 Fevral 2019 17:44
1 Şərh     Baxış: 1 381
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meyxanaçı Oqtay Kamillə aparıcı-aktyor Sərxan Kərəmoğlu barışıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, tanınmışlar arasında qalmaqal "Maşın" şousunda yaşanmışdı. Oqtay onu oyundan uzaqlaşdıran Sərxanın ünvanına sərt sözlər demişdi. 

"Hər şey daxil" verilişinə qonaq olan meyxanaçı Sərxanla bir müddət əvvəl telefonla danışdıqlarını bildirib. 

Digər barışıq addımı isə Kərəmoğludan gəlib. O, proqrama video göndərərək aralarındakı buzları əritməyə çalışıb:

"Dalaşan dalaşana can demir. Amma dərinə getməyim. Gərək olmayaydı, olan oyunda qaldı. Çəkişməsən bərkiməzsən... Ümid edirəm ki, hər şey yaxşı olacaq. Kinim yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.