Şou-biznes

Gənclər kimə qulaq asır? - SORĞU

13 Fevral 2019 21:29
8 Şərh     Baxış: 2 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Musiqi ruhun qidasıdır", - deyib atalar. Keyfiyyətsiz və bayağı musiqi eşidəndə insanın əhvalı və əsəbləri korlanır.

Ölkənin sənət həyatındakı qeyri-peşəkarlıq, bayağılıq, primitivlik təkcə sosial mediaya deyil, televiziyalara da yol tapıb. Bəzi "ifaçılar" bayağı və toy mahnısı adlandırılan mahnılarla böyük auditoriyanın zövqünü korlayır.

"Nə yolla olursa-olsun, təki reklam olunum", - şüarı ilə şou-biznesə gələn ifaçıların sayı gündən-günə artır.

Bayağı mahnılar gənclərin zövqünə mənfi təsir göstərir. Bayağılıqla mübarizə aparmaq çətin və mürəkkəb olsa da, bu istiqamətdə müxtəlif işlər görülür. Misal kimi AzTV-də yaradılan Bədii Şuranı göstərmək olar. Şuranın yaradılmasında məqsəd verilişlərə dəvət olunmuş müğənnilərin davranış, geyim tərzi və ifa etdikləri mahnılara nəzarət etməkdir. 

Görəsən, gənclər daha çox hansı müğənniləri dinləyir, hansı mahnılara qulaq asırlar?

Milli.Az bildirir ki, oxu.az bu suala cavab tapmaq üçün paytaxtda gənclər arasında sorğu keçirib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Gənclər hansı müğənniləri dinləyir? - SORĞU

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.