Şou-biznes

DİN Naz Milanın tapılması üçün GÖSTƏRİŞ VERDİ

8 Fevral 2019 17:49
18 Şərh     Baxış: 14 935

Daxili İşlər Nazirliyi Türkiyədə qatıldığı qalmaqallı evlilik verilişi ilə məşhurlaşan azərbaycanlı Naz Milanın çəkildiyi klipdə Azərbaycan polisinin uniformasını təhqir etməsi faktı ilə əlaqədar araşdırma aparıb.

Milli.Az xəbər verir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, sözügedən kliplə bağlı gedən yazıdan sonra DİN-in Daxili Tədqiqatlar İdarəsinə məsələnin araşdırılması ilə bağlı göstəriş verilib. Hətta Naz Milanın tapılması üçün tədbirlər görülüb.

Qeyd edək ki, daha öncə nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələnin diqqətə götürülüb araşdırılacağını bildirmişdi.

Bu gün sayta açıqlama verən Ehsan Zahidov məsələ ilə bağlı bunları bildiridi: "Biz Nazın kimliyini araşdırdıq. O, Azərbaycan vətəndaşı deyil, Türkiyə vətəndaşıdır. Həmin klip də Türkiyədə çəkilib".

"Nazın polis uniformasını təhqir etməsi ilə əlaqədar ölçü götürüləcəkmi" sualına cavabında isə Ehsan Zahidov məsələ ilə bağlı araşdırmanın davam etdirildiyini bildirdi.

Qeyd edək ki, Naz Milanın söz və musiqisi Ceyhuna məxsus "No panic" klipindəki görüntüləri sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Açıq-saçıq kadrlardan istifadə olunan erotik klipdə yarıçılpaq bir xanımın Azərbaycan polisinin uniformasını kobud şəkildə pozmasına istifadəçilər sərt reaksiya verib.

Uniformanın hər iki qolunda Azərbaycan polisinin tanıtım emblemini əks etdirən şevronun nümayişkəranə əks etdirilməsi asayiş keşikçilərinin aşağılanması kimi qiymətləndirilib.

Milli.Az

loading...

Şərh yaz:

18 Şərh:

  • Anonim
    ad · 8 Fevral 17:55122

    Baş həkim Sabir doxdurun oğlu Ceyhunun mahnısıdı.!

    Cavab yaz
    • Anonim
      Mozalan · 8 Fevral 18:15512

      Al dilşünas! Doxdur nədir? Yəqin doxdur sözünü sənə oxuduğun(əgər məktəbdə oxumusansa) .məktəbin ən savadlı, qabaqcıl müəllimləri öyrədib! Təəssüf ki, bizə belə müəllimlər dərs deməyiblər.

      Cavab yaz
  • Anonim
    maqa sarkazm · 8 Fevral 17:59252

    Azerbaycan polisini mence bu yox bawqa meqamlar awagilayir

    Cavab yaz
  • Anonim
    Tovuzlu E · 8 Fevral 18:05242

    Ele bildim Naz itkin düşüb Polis oncun axtarir

    Cavab yaz
  • Anonim
    aki2 · 8 Fevral 18:10181

    allah bunuda adnan oktarin gunune salsin amin

    Cavab yaz
  • Anonim
    adil · 8 Fevral 18:14321

    Ona xanım deyib xanımları ləkələməyin.

    Cavab yaz
  • Anonim
    miris · 8 Fevral 18:20132

    Biyabirciliga baxee

    Cavab yaz
  • Anonim
    Предсмертное желание · 8 Fevral 18:22152

    Turkiyenin vetendashidirsa niye oranin formasini geyinmeyib???Qorxudan )))

    Cavab yaz
  • Anonim
    ... · 8 Fevral 18:24133

    Bu serefsiz bizim milleti polisi alcaldir

    Cavab yaz
  • Anonim
    ❤❤ .. Emma ..❤❤ · 8 Fevral 18:44184

    AZERBAYCANIN UZ QARASI MUSKINAZ......BASDAN AYAGA VIRUSDU......LEKE GEDOVMELERIN ARTIRSIN IYRENC BEDENINE......INANMIRAM NESE OLCU GOTRULSUN........

    Cavab yaz
  • Anonim
    Naz · 8 Fevral 19:0285

    Mila , nazın gözunə girsin . Sən kimsənki , polisləri təhqir edəsən? Bax deyirəm, özunu yıqışdır , ayıfdır , yoxsa səni bizim qədeşlər tapıb, bədəninin nakorkasız yerlərini elə bəzəyərlərki, ömurbilla silinməz.

    Cavab yaz
  • Anonim
    ( · 8 Fevral 19:2431

    Bu da belə reklam olundu (

    Cavab yaz
  • Anonim
    aki 1 · 8 Fevral 20:2872

    goresen naz mila hansi bawqa planete qacib ki axtaris verilib bele

    Cavab yaz
  • Anonim
    !!!!!!!! · 8 Fevral 20:47165

    Nə oldu o gün polis gül satan uşağı vurmuşdu pisləyirdiz. Yazıq uşaq necə ağlayırdı, indi naz milanın hərəkəti sizə acıq gəlir?! Xeyr ola!!! Nazın heçnə vecinə deyil necə istəyir elədə yaşayır.

    Cavab yaz
  • Anonim
    aciq soz · 8 Fevral 21:2382

    indi doxdur sozu var deyrem bu millet wivesin deyiwmedide

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 8 Fevral 21:311015

    İnterpol axtarsin tapsinda ya da en yaxsisi bizim Xosqedeme muraciet etsinler 5 deqiqeye helle etsin deee

    Cavab yaz
  • Anonim
    Ben- ladin · 9 Fevral 22:2701

    Azerbaycan polisi o qedermi ozunu awagiliyir nazi axtariwa verir.Paho, lap Ben - ladini kecibmiw ki, xeberimiz yox imiw..Biabirciliqin derecesine baxin.Yollar cokur , iwleyib halal emek haqqini ala bilmirsen, guc daireleri ise ne ile mewguldurlar ???.Vallah kic gulmek tutdu meni....

    Cavab yaz
  • Anonim
    maqa sarkazma · 10 Fevral 10:0000

    Yeqin nazin hereketleri qebulundur.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.