Şou-biznes

Əkizlərin biznesi batdı

7 Fevral 2019 20:19
7 Şərh     Baxış: 6 331
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənnilər Sevil və Sevinc Səfərova bacılarının iki il əvvəl açdıqları ayaqqabı mağazası bağlanır. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda əkizlər özləri xəbər yayıb. Onlar mağazada olan bütün əşyaların ucuz qiymətə satıldığını, məkanın bağlandığını bildiriblər. 

Qeyd edək ki, Sevil və Sevincin ötən il açdığı gözəllik salonu da fəaliyyətini dayandırıb. Belə ki, bacıların bir nəfərlə şərik işlətdiyi məkandakı bütün özlərinə aid olan əşyaları oradan daşıdıqları və işbirliyinə son qoyduqları bildirilib.

Xatırladaq ki, Sevil və Sevinc bir neçə gün əvvəl prodüserləri Mahodan ayrılma xəbəri ilə gündəmə gəlmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.