Şou-biznes

Azərbaycanda tanınmış meyxanaçının ayaqları tutuldu - FOTO

23 Yanvar 2019 21:48
10 Şərh     Baxış: 9 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış meyxanaçı İntiqam Rüstəmovun ayaqları tutulub. Milli.Az unikal.org-a istinadən bildirir ki, o, paytaxda yerləşən özəl klinikalardan birinə yerləşdirilib. Müayinə zamanı məlum olub ki, meyxanaçı bir müddət əvvəl belində yırtıq yarandığından əməliyyat olunub.

Əməliyyat səhv edildiyindən İntiqam Rüstəmovun belində olan yırtığ 9 millimetrdən 30 millimetrə qədər yüksəlib. Bu səbəbdən meyxanaçının ayaqları tutulub. Bu gün xəstəxanaya yerləşdirilən İ.Rüstəmov cərrah Əli Osman Qədimbəyli tərəfindən yenidən əməliyyat olunub.

Hazırda ifaçının səhhətinin normal olduğu bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.