Şou-biznes

Ərəb şeyxinin qızına “yox” deyən azərbaycanlı modellə müsahibə - VİDEO

23 Yanvar 2019 20:04
10 Şərh     Baxış: 5 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün özündə həddindən çox dəyişiklik edən modellərə tələbat daha çoxdur. Təbii görünüşə o qədər də dəyər verilmir.

Milli.Az bildirir ki, bu fikirləri Baku TV-yə müsahibəsində vaxtilə ərəb şeyxlərindən birinin qızından evlilik təklifi alan "Mister Azerbaijan 2017" müsabiqəsinin qalibi model Əli Hüseynov səsləndirib. 

"İnsanlar var ki, özlərini elə hala salıblar ki, baxan bu sahədən utanır. Şəxsən mən həmin insanları gördükdə özümdən utanıram. Onlara görə normal modellərin də səviyyəsi aşağı düşür. Hətta bəzi qadınlar da var, ümumiyyətlə, modellik adı ilə başqa sahələrlə məşğuldurlar".

Müsahibimiz bu sahədə heç bir iş görməyib özünü model kimi təqdim edənləri də tənqid edib. O bildirib ki, modellik təkcə görünüşdən ibarət deyil.

"Hazırda bu sahə ölkədə inkişafdan qalıb və məvacib də o qədər yuxarı deyil. Mən öz üzərimdə çalışım, bu sahənin təhsilini alım, mənə də eyni qiymətə təklif gəlsin, sadəcə, görünüşünə görə modelliyə aidiyyəti olmayan birinə də. Bu, nə dərəcədə düzgündür?

Bu sahənin çətinliklərinə gəldikdə, Azərbaycanda model kifayət qədər zülm çəkir. Çəkiliş zamanı səhərdən-axşama iş olur, istirahət, demək olar ki, olmur. "Made in Azerbaijan" brendi yaransa, öz markamız olsa, modellik sahəsi inkişaf edər".

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Model Əli Hüseynov : Bəzi qadınlar modellik adı altında başqa işlərlə məşğuldur

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.