Şou-biznes

Abbasın köməkçisi həbs olunub? - Müğənnidən açıqlama - YENİLƏNİB

23 Yanvar 2019 17:42
0 Şərh     Baxış: 3 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:42

Əməkdar artist Abbas Bağırovun köməkçisi Orxan Mirəliyev tərəfindən dələduzluğa məruz qalması barədə xəbər yayılıb. Oxu.az saytı iddia edir ki, sənətçinin keçmiş meneceri onun etibarından sui-istifadə edərək, ona məxsus Yasamal Rayonun Şahbazi küçəsində yerləşən dəyəri 35 min manat olan torpaq sahəsini ələ keçirib və müğənninin şikayəti əsasında həbs olunub.

Milli.Az bildirir ki, "Qafqazinfo" mövzu ilə bağlı A. Bağırovla əlaqə saxlayıb. Tanınmış müğənni yayılan məlumatı təkzib edərək mövzu barədə danışmaq istəmədiyini bildirib:

"Orxan Mirəliyev əvvəllər mənimlə çalışıb.  Ancaq xəbər yanlışdır. Yalan yazıblar, məndən bu barədə açıqlama almayıblar. Həmin xəbərdə fotom əks olunub, Əgər belə olursa, rəyimi də öyrənmək lazımdır. Zəng vurub soruşmurlar ki, bu söhbət var, ya yox? Əgər  bir adamdan şikayətim yoxdursa və yaxud həmin şəxs mənə borcu deyilsə, bu, nəyə lazımdır? Belə şeylərlə reklam olmağı sevmirəm. Milləti də yanlış xəbərlərlə yönləndirirlər". 

---------

17:29

Əməkdar artist Abbas Bağırovun köməkçisi işləmiş Mehrəliyev Orxan Bayram oğlu həbs edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, O.Mehrəliyev külli miqdarda dələduzluqda təqsirli bilinir.

Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri Abbas Bağırovun özüdür.

Belə ki, Orxan Mehrəliyev müğənninin etibarından sui-istifadə edərək, ona məxsus Yasamal Rayonun Şahbazi küçəsində yerləşən dəyəri 35 min manat olan torpaq sahəsini ələ keçirib.

Bundan sonra A.Bağırov köməkçisi barəsində hüquq-mühafizə orqanlarına müraciət edib.

Qeyd edək ki, dələduzluq faktı üzrə dörd nəfər zərərçəkmiş şəxs var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.