Şou-biznes

Natavan Həbibi hamiləliyindən danışdı: "Qərara gəldik ki..."

23 Yanvar 2019 21:42
1 Şərh     Baxış: 5 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Reper Dado (Səid Əliyev) həyat yoldaşı Natavan Həbibiyə hamiləliyi haqqında danışmağı qadağan edib.

Milli.Az xəbər verir ki, sənətçi bu barədə Muz TV-nin "3 canlı" verilişində qonaq olarkən deyib. Müğənni uşağının cinsiyyətinin hələ bəlli olmadığını bildirib:

"Səid hamiləliyim haqqında danışmağa qoymur. Uşağın cinsiyyəti hələ bəlli deyil. Əvvəlcə həkim nəzarətinə gedəndə dedilər ki, oğlun olacaq. Daha sonra yenə müayinəyə getdim. Bu dəfə həkim başqa şey dedi. Bildirdi ki, cinsiyyəti hələ bilinmir. Qərara gəldik ki, cinsiyyətini öyrənməyək".

4 ay sonra ana olmağa hazırlaşan sənətçi əsl adının Natavanxanım olduğunu etiraf edib:

"Doğulandan xanımam. Şəxsiyyət vəsiqəmdə Natavanxanım kimi qeyd olunub. Ailəmizin mədəniyyəti belədir. Hər adın sonunda "xanım" yazılıb. Xanım statusunu daşımaq mənlikdir. Uşaqlıqdan ərköyün olmuşam, məni belə böyüdüblər. Xanımlıq şəxsiyyət deməkdir".

Natavan Xalq artisti Aygün Kazımova ilə aralarındakı qalmaqaldan sonra depressiyaya düşdüyü və dərmanlar qəbul etdiyi ilə bağlı yayılan xəbərlərini inkar edib:

"Depressiyaya düşməmişəm. Bilirdim ki, düzəm. Əsas məqsədim adımı təmizə çıxarmaq idi. Özümü nəzarətdə saxlamağı bacarıram. Zəif olsaydım, istədiklərinə nail olacaqdılar. Sülh olmayacaqdı. Güclü oldum ki, indi hər şey öz yerini tapdı". (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.