Şou-biznes

"Arxamca danışıb, pulumu oğurlayıb..." - Natavan

22 Yanvar 2019 16:09
5 Şərh     Baxış: 2 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Natavan Həbibi "MTV Azərbaycan"da yayımlanan "3 canlı" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi ailə üzvlərinin hər zaman yanında gəzdirdiyini bildirib:

"Evinin içinə buraxırsan, gedib arxamca danışırlar, pulumu oğurlayırlar. Ona görə də əgər bu sahədəsənsə, ailədən kimsə mütləq yanında olmalıdır. Anasını yanında gəzdirənə o vaxtlar pis baxırdılar. Amma başa düşmürlər ki, bu yaxşıdır. Manana hər zaman anası ilə hər yerə gedir, çox da gözəl edir".

Övladı ilə bağlı suallara hamilə olan sənətçi belə münasibət bildirib:

"Səid (reper həyat yoldaşı Dado Əliyev - red.) icazə vermir uşaq haqda danışmağa. Deyir, bəsdir, qoy, dünyaya gəlsin sonra. Bir dəfə dedilər qızdır, sonra söylədilər hələ görünmür".

Natavan xalq artisti Aygün Kazımova ilə yaşadığı qalmaqaldan və məhkəmə prosesindən söz açıb. İfaçı depressiyaya düşüb, dərmanlar qəbul etdiyi xəbərlərinin yalan olduğunu bildirib:

"Belə bir şey olmayıb, depressiyaya düşməmişəm. Bilirdim ki, düzəm. Tək istəyim adımı təmizə çıxarmaq idi. Özümü və yanımda olan hər şeyi nəzərdə saxlayan biriyəm. Zəif olsaydım, istədiklərinə nail olacaqdılar. Sülh olmayacaqdı. Güclü oldum ki, indi hər şey öz yerini tapdı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.