Şou-biznes

“Bu şəhərdə” necə populyarlaşdı? - Astroloq

21 Yanvar 2019 20:44
7 Şərh     Baxış: 3 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir dəfə Rafaelin (Əməkdar artist Rafael İsgəndərov - red.) ağlına ideya gəldi ki, Rusiya televiziyalarının birində yayımlanan "Qorodok" verilişinin Azərbaycan variantını etsinlər. Coşqunla çox əziyyət çəkdilər. Hətta mən də pencəklərimdən, qalstuklarımdan verirdim ki, hər səhnəcikdə geyim almaq məcburiyyətində qalmasınlar. Tələbə yoldaşımız Maqsud qrim ustası kimi işlədiyinə görə saqqal, bığ kimi aksessuarları tapıb, onlara verirdi.

Milli.Az xəbər verir ki, bu sözləri tanınmış astroloq, jurnalist Səbuhi Rəhimli Modern.az-a müsahibəsində tələbə yoldaşları, əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərovla bağlı danışarkən deyib. O bildirib ki, aktyorlar sənətdə irəliləmək, bu yerlərə gəlib çıxmaq üçün çox əziyyətlər çəkiblər:

"Uzun əziyyətlərdən sonra "Bu şəhərdə" adı ilə populyarlaşıb sevildilər. Hətta "Bu şəhərdə" adlı restoran da açdılar. Çox sonralar Müşfiq Abbasovun köməkliyi ilə Rafaellə Coşqun bir az da parladılar. Amma təəssüf ki, bundan sonra cütlük tamaşalarda çıxış etmədilər, filmlərə çəkilmədilər, ancaq Heydər Əliyev Sarayında konsert verməklə kifayətləndilər".

R.İsgəndərovun zarafatlarından danışan qrup yoldaşı S.Rəhimli bildirib ki, onların ailəsində hamı çox istedadlıdır:

"Bir dəfə bütün qrup uşaqları ilə Keşləyə, Rafaelgilə yığışmışdıq. Çox maraqlı keçmişdi. Rafaelin çox gözəl ailəsi, istedadlı bacıları var. Biz hətta ona demişdik ki, ailənizdə bircə sən kobudsan. Özü də bunu zarafatla qəbul edirdi, "bərdəliyəm, zır dəliyəm" deyirdi".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.