Şou-biznes

"Röya onu görüb sıxılan Nigarı öpüb, qucaqladı" - 2 yerli məşhur barışıb

17 Yanvar 2019 13:00
3 Şərh     Baxış: 3 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Röya Ayxanla müğənni Nigar Camal barışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədəTarix Əliyev (Tolik) aparıcısı olduğu "Hər şey daxil" proqramında danışıb.

Prodüser söyləyib ki, tədbirlərin birində Röya Nigara yaxınlaşaraq barışıq addımı atıb: "Dövlət tədbiri idi. Orada xalq artisti Zülfiyyə Xanbabayeva, Miri Yusif, Nigar Camal və başqaları var idi. Həmin an Röya da ora gəldi. Nigar Röyanı görüb sıxıldı. Amma Röya Nigarı qucaqlayıb öpdü. Dedi ki, kin saxlamır".

Xatırladaq ki, Nigarla Röya ötən il "Altın Kelebek" mükafat gecəsindən sonra qalmaqallı şəkildə dostluqlarına son qoyublar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.