Şou-biznes

Afaq Aslan məşhur həkimə sevgi etiraf etdi - Qəbuluna çiçəklə getdi - VİDEO

16 Yanvar 2019 20:29
20 Şərh     Baxış: 18 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış müğənni Afaq Aslan onu plastik əməliyyat edən həkimin qəbuluna gül-çiçəklə gedib.

Milli.Az İnterpress.az-a istinadən xəbər verir ki, bir neçə gün bundan öncə burnunu əməliyyat etdirən müğənni yeni görkəmlə sevənlərinin hüzuruna gəlib. O, əməliyyatdan sonra gül-çiçəklə dəstəsi ilə həkimi Dilqəm Məhərrəmovun qəbuluna gedib.

O, daha sonra sosial şəbəkədə həkimi haqqında bu sözləri yazıb: "Sehrli barmaqlarının toxunuşu ilə əldə elədiyi saysız-hesabsız uğurlu əməliyyatlarının möcüzəvi nəticələri sayəsində insanlara gözəllik və kompleksiz yaşam bəxş edən, bu günə kimi tanıdığım, bildiyim həkimlər içərisində onun kimi ikinci bir həkim tanımadığım, bir sözlə, sahib olduğu peşəyə sözün əsl mənasında başucalığı gətirən mənim əvəzolunmaz həkimim Dilqəm Məhərrəmovun qəbulunda oldum. Nəhayət ki, burun əməliyyatımızın nəticəsini görmək üçün səbrsizliklə gözlədiyimiz gün gəldi. Dəyərli Məhərrəmov, məhz mənim həkimimsiniz deyə demirəm. Sadəcə sizi tanıdığım bu qısa zaman çərçivəsində şahidi olduğum uğurlu əməliyyatlarınızın möcüzəvi nəticələri, xəstələrinizin sizə qarşı olan böyük sevgisi və güvəni qarşısında cümlələr belə aciz qalır. Mənim üzərimdə apardığınız əməliyyatlarn nəticəsinin arzu elədiyimdən də çox gözəl və uğurlu alınması məni çox sevindirdi və bir anlıq içimdən bir qürur hissi keçdi ki, nə yaxşı ki, sizi tanıdım. Nə yaxşı ki, əməliyyatlarımı sizin sehrli barmaqlarınıza həvalə elədim. Fəxr edici bir haldır ki, artıq bizim məşhurlarımız estetik əməliyyatlardan ötrü xarici ölkələrə üz tutmurlar. Məhz xarici ölkələrdən əməliyyat olunmaq üçün sizin kimi həkimlərin yanına gəlirlər. Bu artıq tək sizin yox, sizin simanızda tibb sahəsinə baş ucalığı gətirən bütün savadlı ve peşəkar həkimlərimizin, bir sözlə, Azərbaycanımızın ugurudur!".

Videonu izləmək üçün şəklə klikləyin:
Afaq Aslan məşhur həkimə sevgi etiraf etdi - Qəbuluna çiçəklə getdi

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.