Şou-biznes

Cavan Zeynallıdan həmkarlarına tənqid - "Üzümə tərifləyirlər, arxamca gic-gic danışırlar"

16 Yanvar 2019 01:30
2 Şərh     Baxış: 1 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artis, tanınmış cazmen Cavan Zeynallı bildirib ki, həmkarları onun paxıllığını çəkir.

Milli.Az bildirir ki, "ölkə.az"ın əməkdaşıyla söhbətində cazmen həmkarlarını tənqid edib:

"Yeni il şənliklərinin, çəkilişlərinin demək olar ki, hamısında iştirak etdim. Mənim paxıllarım deyirlər ki, o tədbirlərdə yoxdur. Artıq burada paxıllıq insanları öldürür. Sadəcə, mən güclü adama deyə dayanmışam. Mən pozitiv olduğum üçün paxıllığımı çəkirlər. Pianino çalıram, royalda ifa edirəm, amerikan cazı, Azərbaycan mahnıları oxuyuram. Ona görə də paxıllıq edirlər də. Bu, Azərbaycanın xəstəliyidir də. Cavanlar da paxıllığımı çəkib deyirlər ki, əşi, o, qoca kişidir. Mən axı hər eşyi görürəm. Çünki bu həyatda çox yaşamışam və yaşayacağam".

Əməkdar artist bildirib ki, onun paxıllığını həm musiqiçilər, həm də müğənnilər çəkir:

"Məni televiziyada görən kimi həmkarlarım paxıllığımı çəkir. Amma mən insanları güldürürəm, müsbət enerji ötürürəm. Axı indi gülən insan qalmayıb, həyat çox çətinləşib. Ancaq belə adamlara fikir vermirəm. Mənə həm musiqiçilər, həm də müğənnilər paxıllıq edir. İndi belə şeylər dəbə düşüb. O vaxt on nəfərdən biri paxıl idisə, indi 15 nəfərdən on dördü paxıldır. Məni üzümə tərifləyirlər, amma arxamca gic-gic danışırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.