Şou-biznes

“Bakıda ilk Şaxta baba mən olmuşam” - Xalq artisti

14 Yanvar 2019 14:53
3 Şərh     Baxış: 2 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, ARB TV-nin "Hüseynova bacıları" verilişində xalq artisiti Rafael Dadaşov maraqlı açıqlamalar edib.

"Mənim atam, Məlik Dadaşov çox məşhur şaxta baba idi. İndi şaxta babalıq mənə daha çox yaraşır, o zaman belə kök deyildim, arıq, hündürboy oğlan idim, məni heç kim tanımırdı. Naxçıvandan gəlmişdim, 1, 2 il idi Bakıdaydım. Atam Məlik Dadaşovun kostyumunu geyinirdim. Küçəyə şaxta baba paltarında çıxmağı dəb halına saldım. 1966/1967-ci illərdə şaxta baba küçədə nə gəzirdi?! Əlimdə ağac, çemodanla, saqqallı, əynimdə qırmızı xalat küçəyə çıxdım.

Bunu ilk mən etdim. Xüsusi sifariş deyildi, məcburiyyət qarşısında olub. Bir bağçadan digər bağçaya çatdırmırdım. İndiyədək yadımdadır, "Nizami" metrosu tərəfdən MUM-un yanına gəlməli idim. Paltarımı çıxarım, əlimi, üzümü silib gedim ora, orada təzədən əynimi geyinim, bu, vaxt itkisi idi. Məcburiyyət qarşısında paltarlı halımla çıxdım ki, gedəcəyim yerə vaxtında çatım".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.