Şou-biznes

Aynişan ilk dəfə şəxsi həyatından DANIŞDI: “O insanla evliliyə...”

12 Yanvar 2019 18:48
9 Şərh     Baxış: 9 902

Əməkdar artist Aybəniz Haşımovanın blogerliklə məşğul olan qızı Aynişan Quliyeva ilk dəfə şəxsi həyatından danışıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, əvvəllər müğənni kimi fəaliyyət göstərən Aynişan Quliyeva özünə Yutub kanalı açıb. O, Yutub kanalında ona verilən suallara cavab verib.

Aynişanın "Yaxınlarda ailə qurmaq planınız varmı" sualına cavabı belə olub:

"Artıq özümü ailə qurmağa hazır hiss edirəm. Ümumiyyətlə, insan ailə qurmaq üçün, ilk növbədə, buna özünü hazır hiss etməlidir. Bizdə qızlar dünyaya gələn kimi ona ünvanlanan bütün arzular toyla bağlı olur. Yaxud da qızlar üçün uşaqlıqdan cehiz yığmağa başlayırlar. Odur ki, çoxu psixoloji olaraq özünü evliliyə hazır hiss etdiyini zənn edir, amma mən heç cür o beyində olan insan olmamışam. Ailə qurmaq haqqında son iki ildir düşünməyə başlamışam. Çünki əvvəllər adi bir uşağın sözündən inciyə bilərdim. Özünüz təsəvvür edin, o cür insandan heç vaxt ana ola bilməzdi. Sözsüz ki, uşaqları çox sevirəm, amma 26 yaşında bir qız uşaqdan inciyirdi... Son bir-iki ildə özünü qismən hazır hiss etməyə başlamışam, heç kim evlilik həyatına 100 faiz hazır hiss etmir. Artıq evləndikdən sonra o həyata alışırsan.

Hazırda evlilik haqqında düşünmürəm, çünki həyatımda heç kim yoxdur. İnsanın həyatında kimsə olmalıdır ki, bu planı qursun. Ümid edirəm ki, həyatımda mənə doğma insan peyda olacaq və mən onunla evliliyə əmin addımlarla gedərəm. Əks halda, məndə panika başlaya bilər. Seçimimdən ilk növbədə çox əmin olmalı, çox güvənməli və çox sevməliyəm. Bütün gərginliklər insan əmin olmadıqda baş verir".

Milli.Az

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    SEVİL · 12 Yanvar 19:26370

    Allah bəxtini açıq eləsin ,xoşbəxtlərin xoşbəxti olsun .Anasının yeganə övladıdı,gözünün nurudu.

    Cavab yaz
    • Anonim
      ♥️Ebru♥️ · 12 Yanvar 20:21120

      Amin Sevil xanim❤️Allah butun balalari qorusun.Axsaminiz xeyir necesiz?gozel insan .Menim gozel qelblim necedi?niye yazmir?Onun ucun darixiram salamimi catdirin birde bunlari❤️❤️(*******)Deyin gozumuzu yolda qoymasin yazsin:)).

      Cavab yaz
  • Anonim
    M.m.m · 12 Yanvar 21:37150

    Özü kimi bextide gözel olsun.

    Cavab yaz
  • Anonim
    Aynişan · 12 Yanvar 21:43150

    cox tərbiyəli və mədəni qızdır. Allah xoşbəxt etsin. Anasının göz bəbəyi, Allah qorusun səni .

    Cavab yaz
  • Anonim
    SEVİL❤ · 12 Yanvar 23:2640

    Salam ,Ebrucan,səni xoş gördük.Səninlə burda görüşmək çox xoş oldu)Evdə eşikdə salamatçılıqdı?Balaları öp yerimə❤❤Əsram lap yaxşıdı ,bu gün danışmışıq.Mənim gözlərim üstə,sənin o təmiz ürəyinin sözlərini çatdıraram ona)Həmişə var olasan.Ebrucanım ,şirin yuxular.

    Cavab yaz
    • Anonim
      ♥️Ebru♥️ · 12 Yanvar 23:3120

      Cox saq olun Sevil xanim❤️Canim xos gunlerinize gelek InsaAllah.Mende sizin serhleri gorende coxos olur.Her sey yaxsidir sukur qizlarda yaxsidilar onlarda sizi opur ele mende:))Salamimi catdiracaqiniz ucunde cox saq olun Allah sizi var elesin gozel insan.(****)

      Cavab yaz
  • Anonim
    Ayka · 12 Yanvar 23:2931

    Çox gözəl xanımdı allah saxlasın

    Cavab yaz
  • Anonim
    SEVİL❤ · 12 Yanvar 23:3520

    Ebrucan ,elə indcə yazışdıq.Əsranurum da sənə sevgilərini göndərir.Başı qarışıqdı)

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.