Şou-biznes

Qızın "adını çıxartmaq" istəməyən məşhurumuzun oğlundan İLGİNC ADDIM - VİDEO

11 Yanvar 2019 16:26
7 Şərh     Baxış: 9 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aşıq Zülfiyyə oğlu Babəklə qonağı olduqları "Şou ATV"də maraqlı etirafları ilə diqqət çəkiblər.

Milli.Az xəbər verir ki, ailəli və artıq bir övladı olan aşıq xanımın oğlu həyat yoldaşı ilə tanışlıqlarından danışıb.

Babək tanışlıq dönəmində hər kəsi təəccübləndirən qərarını efirdə açıqlayıb:

"Evdəkilər gördü, bəyəndi. Mən qaçdım evlilikdən. Sonra elə oldu ki, iş təmiz pozuldu. Amma mən özüm o qızla sonradan danışdım. Heç kimin bundan xəbəri olmadı. Zaman gəldi açıb dedim. Bilirisinizmi, insanları tanımaq məsələsi var. İnsan özünü o insanda tapmalıdır". 

"Gəlinim dayım nəvəsidir. Babək dedi "Yox, evlənmirəm. 30 yaşıma kimi mənə evlilik barədə heç nə demə". Mən də düşündüm ki, o vaxta kimi mən xalxın qızını gözlədə bilmərəm ki! Mən də çəkildim oturdum yerimə. Bu təzədən qıza zəng edib deyib ki, "Biz görüşək söhbət edək. Bunu nə mənim anam, nə də sənin anan bilməsin. Heç kəs bilməsin! Bizdə alınarsa, söhbətimiz tutarsa, açıqlayarıq. Alınmazsa, da vaz keçərik", - Züliyyə oğlunun sözlərini bu fikirlərlə tamamlayıb.

Babək qərarına "Qarşı tərəfi, qadın olan bəndəni həmişə düşünmək lazımdır" sözləri ilə bəraət qazandırıb. Onun bu ifadəsi hər kəsin alqışı ilə qarşılanıb.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qızın

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.