Şou-biznes

Gülbahar əri haqda: “Sən gəlməsən, özüm yanına gələcəm” - FOTO

11 Yanvar 2019 10:41
10 Şərh     Baxış: 4 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zahid, başımın tacı... Axı mənə təsəllini sən verirdin, niyə belə sürpriz etdin? Niyə? Bəlkə də, məni qınayanlar olacaq, özümdən asılı deyil.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Gülbahar Şükürlü İnstaqram səhifəsində yazıb. O, ötən ilin dekabrında dünyasını dəyişən həyat yoldaşı barədə paylaşım edərək özünə gələ bilmədiyini qeyd edib:

"Ay Allah, sənə qurban olum! Bu, nə ağır yol imiş, dözə bilmirəm. Bu gediş nə dəhşət oldu? Zahid, doğurdan, heç vaxt gəlməyəcəksən? Sən mənə vəfasızlıq etməmisən. Əgər sən gəlməsən, özüm yanına gələcəm. Mənim necə vəfalı olduğumu görəcəksən. Canımın içi, çox yandırdın bizi. Zahid, heç olmaya yuxularıma gəl, yalvarıram".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.