Şou-biznes

2 ay əvvəl efirdə dalaşmışdılar, indi qucaqlaşdılar - FOTO

10 Yanvar 2019 17:14
5 Şərh     Baxış: 2 041

Bir neçə ay əvvəl canlı yayımda dava edən rəqqasə Fatimə Fətəliyeva və əməmkdar artist Vasif Məhərrəmli birlikdə kamera qarşısına keçib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçilər birlikdə "Ən yaxşısı" verilişinə qonaq olublar. Fatimə barışdıqlarını bir daha nümayiş etdirərək, bunları deyib:

"İnsanlar düşünər ki, iki ay əvvəl efir qarşısında bir-birinə nələr dedilər. Evdə də olur ailə üzvləri bir-birini başa düşmür. Vasif bəydə də mənə qarşı yanlış məlumat olmuşdu. Jest etdi, kübarlığını göstərdi".

Vasif isə "Hər şey arxada qaldı" deyib. 

Qeyd edək ki, sənətçilərin küsməsinə səbəb müğənni Xatun Əliyeva olub. Xatunla dava edən Fatimədən Vasif də küsüb. "Hər şey daxil" verilişində V.Məhərrəmli Fatimənin ünvanına "Fatiməni Şəmkirdə olan bir toyun xınasına dəvət etdim. Çox qətiyyətsiz insandır. Birinci başqa, ikinci dəfə isə mənə fərqli qiymət dedi. Sonra tədbirdə Fatimə mənə salam vermədi. Həmin ərəfədə də Xatunla dalaşıblar. Məni niyə qatırsız? Üstündən bir müddət keçdi, toyda aş gətirirdi. Hamı kimi aş gətirir da, özəl bir şey etmir. Şadlıq evinin aşverənidir da..." sözlərini demişdi.

Onun sözlərini kəsən Fatimə "Ağzınızın danışığına fikir verin. Şadlıq evinin aşgətirəni deyiləm. Danışıq qabiliyyətin olsun" deyərək, əsəbi cavab verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Əsranur · 10 Yanvar 17:31100

    Şadlıq evinin aşgətirəninə noolubki?Aş gətirir də,özünü silkələyə-silkələyə kişilərin stolundan pul yığmırki.Yoxbir,dahi şəxsiyyətsən sən,prosto,Vasifin xəbəri yoximiş.

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 10 Yanvar 17:4780

    Fatime get gede cox cirkinlewir botokslarinin sayesinde

    Cavab yaz
  • Anonim
    banu · 10 Yanvar 18:2740

    fatime cox qeweng qadindi ama artiq uzune cox deyiwiklikler edir halbuki tebii daha gozeldi yanaqlar dodaqlar gozelliyin süniliyile itirir artiq

    Cavab yaz
  • Anonim
    Bakili · 10 Yanvar 18:4070

    Göycək fatimədən əsər-əlamət qalmayib. Bu uje cirkin fatimədi

    Cavab yaz
  • Anonim
    · 11 Yanvar 00:1000

    Goycek Fatime gozel xanimdi !

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.