Şou-biznes

Səidə efirdə ağladı: "Narkotik elə oğlanların başını yerə qoyub ki..." - VİDEO

10 Yanvar 2019 09:16
3 Şərh     Baxış: 5 223

Müğənni Səidə Sultan ATV-də yayımlanan "Bizimləsən" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi ötən ay dünyasını dəyişən mərhum klarnet ifaçısı Zahid Sabirabadlının ailəsinin çətin vəziyyətdən danışıb.

Göz yaşlarına hakim ola bilməyən Səidə həmkarlarına səslənərək, mərhumun ailəsinə dəstək olmağa çağırıb. O, Zahidi narkoman adlandıranlarına söz atıb:

"Narkotik elə bir oğlanların başını yerə qoyub ki, gəl görəsən. O demək deyil ki, o insanı həyatdan silmək lazımdır. Bu, düzgün yanaşma deyil. Bu gün həmin insanların yanaşması da düzgün deyil. "Əşi, ona görə vermirəm". Mən sənət dostlarımdan xahiş edirəm, siz ki o musiqiçini çağırırdınız, sizin üçün hansısa musiqini ifa etsin, bax, həmin müğənni dostlara deyirəm, ayağa durun, 100-200 atışsaq, böyük pul deyil". 

Qeyd edək ki, mərhum sənətçinin həyat yoldaşı Leyli "Bizimləsən" verilişinə gələrək kömək istəyib. Övladı ilə proqrama qatılan Leyli evinin ipoteka krediti üçün yardım olunmasını xahiş edib.

Xatırladaq ki, bir müddət əvvəl xalq artisti Aftandil İsrafilov Z.Sabirabadlıdan danışarkən onun narkotik maddədən dünyasını dəyişdiyi üçün yasına getmədiyini söyləyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Zeynäb · 10 Yanvar 11:0442

    Bu Səidənin ürəyi çox təmizdir. Heç kim bilmir sabah başına nə gələcək.

    Cavab yaz
  • Anonim
    Zumrud · 10 Yanvar 18:2400

    Ister narkoman ol,ister fahişe,bomj ve s. Insandir.Hec kim demesin niye narkoman idi.Ne bilim ne .Bir vaxt geler sende narkotikden istifade edersen.Ona gorede hec vaxt ,hec vaxt demeyin

    Cavab yaz
  • Anonim
    Azərin · 10 Yanvar 19:0500

    Sağol, Səidə, həmişə bəyənmişəm səni.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.