Şou-biznes

Azərbaycanda və Rusiyada fəaliyyət göstərən ekstrasens Aqil Məhərrəmov tanınmış rəqqasə Renka ilə birgə fotosessiya etdirib

10 Yanvar 2019 11:30
Baxış: 6 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda və Rusiyada fəaliyyət göstərən ekstrasens Aqil Məhərrəmov tanınmış rəqqasə Renka ilə birgə fotosessiya etdirib. Fotosessiya Niko Abbasov tərəfindən Bakıdakı məşhur otellərin birində çəkilib. Aqilə niyə məhz Renka sualını verəndə cavab konkret oldu: "Çünki gözəl və cəlbedici xanımdır. Məncə, əksər bəylər yerimdə olmaq istəyərdi".

Daha sonra ekstrasensdən Renkanın gizlinlərindən danışmağı xahiş etdik, amma, deyəsən, Renka @ekstrasens_agil_magarramov-u elə məftun etmişdi ki, ekstrasens ancaq xoş xəbərləri bizimlə paylaşdı: "Renkanı ilk dəfə məclislərin birində görmüşdüm. Amma danışmamışdıq, sadəcə, salamlaşmışdıq. İlk dəfə idi ki, bir araya gəldik, fotosessiyamız baş tutdu. Renka yaxşı insandı. Həyatda həmişə nələrisə əldə etmək istəyir. Lakin hey çabalasa da, hələ də çox şey alınmır. Həyatı dağınıqdır, ailəsindən daha çox dəstək almaq istəyir, buna cəhd edir, alınmır, həyatı qırıqdır. Həyatında biri var, amma Renkanın istədiklərini ona verə bilmir. O kəs özü də cəhd edir, istəyir, amma alınmır. Şəxsi həyat olduğu üçün tam açıq danışa bilmərəm. Onu da deyim ki, Renka uşaq götürmək istəyib, amma nədənsə bu fikrindən daşınıb. Hazırda həyatında olan insanla gələcəkdə davam etməyəcək. Ayrılıq olacaq. Amma Renkanın həyatının sonunu tək görmürəm. Başqa bir insanla ailə həyatı quracaq. Bu münasibət rəsmi olacaq, amma indi yox. Ağzını bıçaq açmayan ekstrasens hətta Renkaya məsləhət də görüb: Məsləhət görərdim xanımlarla dostluğu dayandırsın. Ətrafındakı qadınlar onun paxıllığını çəkir. Renka xoşbəxt qadın deyil, üzü gülsə də, qəlbi qan ağlayır".

Fala inanmayıb, faldan da uzaq qalmayan @renka_black_angel, görəsən, hansı gizlinləri saytımıza etiraf etdi: "Ömrümdə bir dəfə falçıya getmişəm, ona da peşman olmuşam. Falçılara inanmasam da ekstrasenslərə inamım var. Onlar fərqli olurlar. Aqilin aurası mənə xoş təsir etdi. Qaldı ekstrasens kimi dediklərinə hər şeyi düz deyib, amma həyatımda kimsə yoxdu: Çalışmıram da həyatımda kimsə olsun və mənimçün nələrsə etsin. Amma inanıram ki, ailə quraram. Düz deyir ki, paxıllığımı çəkənlər çoxdu. Hətta dünəndən bəri özümə söz verdim və xanımlarla dostluğa "stop" qoydum. Üzü gülür, içi qan ağlayır deyir o da düzdü" @ekstrasens_agil_magarramov

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.